“World Urban Forum siyasəti beynəlxalq legitimlik və tərəfdaşlıq imkanlarını tamamlayır” - ŞƏRH OLUNDU
“Cənab Prezident tərəfindən 2026-cı ilin “Şəhərsalma ili” elan olunması urbanizasiya siyasətində sistemli dönüş mərhələsi kimi qiymətləndirilə bilər”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev bildirib.
Onun sözlərinə görə, bu qərar təkcə tikinti aktivliyinin artması deyil, daha planlı və dayanıqlı şəhər modelinə keçidi hədəfləyir. Şəhərsalmada koordinasiya güclənəcək. İnfrastruktur, nəqliyyat, kommunal xidmətlər və yaşayış planlaşdırılması daha inteqrasiya olunmuş şəkildə aparılacaq:
”Bu, xüsusilə Böyük Qayıdış çərçivəsində yenidən qurulan ərazilərdə “ağıllı şəhər” yanaşmasının genişlənməsinə səbəb olacaq.
Digər tərəfdən investisiya mühiti genişlənəcək. Dövlətin bu sahəni prioritet elan etməsi yerli və xarici investorlar üçün siqnal rolunu oynayır. Nəticədə tikinti, daşınmaz əmlak və şəhər infrastrukturu sektorlarında kapital axını arta bilər.
Eyni zamanda sosial effektlər önə çıxacaq. Daha keyfiyyətli yaşayış mühiti, ekoloji standartların yüksəlməsi və nəqliyyat yükünün optimallaşdırılması şəhər həyatının rahatlığını artıracaq.
May ayında keçiriləcək World Urban Forum 13 isə bu siyasəti beynəlxalq müstəviyə çıxarır. Bu forum Azərbaycanın beynəlxalq nüfuzunu üç istiqamətdə gücləndirə bilər:
Ölkə öz şəhərsalma modelini – xüsusilə post-münaqişə dövründə qurulan yeni şəhər və kənd konsepsiyalarını – qlobal platformada təqdim edəcək. Bu, Azərbaycanın “yenidənqurma və inkişaf modeli”nin tanınmasına gətirə bilər.
Beynəlxalq tərəfdaşlıqlar genişlənəcək. BMT strukturları, donor təşkilatlar və iri şəhər planlaşdırma şirkətləri ilə yeni əməkdaşlıq imkanları yaranacaq.
Normativ və institusional təkmilləşmə sürətlənəcək. Qlobal təcrübənin mübadiləsi şəhərsalma qanunvericiliyinin və idarəetmə mexanizmlərinin daha müasir standartlara uyğunlaşdırılmasına təkan verəcək.
“Şəhərsalma ili” daxili islahatları sürətləndirən siyasi iradəni göstərir, World Urban Forum isə bu siyasəti beynəlxalq legitimlik və tərəfdaşlıq imkanları ilə tamamlayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB