"Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır" - Kallas

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Lüksemburqda Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında Azərbaycanla bağlı danışıb. K.Kallas jurnalistlərə bildirib ki, Azərbaycan Avropa İttifaqı ölkələri üçün etibarlı tərəfdaşıdır. SİTAT:

"Bəli, biz Azərbaycanla münasibətlər kontekstində daha nələr edə biləcəyimizi müzakirə etdik. Bir sıra istiqamətlər üzrə daha fəal işləməli, energetika və ticarət kimi qarşılıqlı maraq doğuran məsələlərdə əlaqələri gücləndirməliyik. Azərbaycan Avropa İttifaqı ölkələri üçün çox etibarlı enerji tərəfdaşı olub və belə də qalır", - o bildirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə