Aprelin 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tayland Krallığının paytaxtı Banqkok şəhərinə işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən SİA-ya bildiriblər ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun aprelin 20-də Azərbaycanın sədrliyi ilə keçiriləcək BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyasında iştirakı və çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB