“Mədəniyyət haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib

Milli Məclisdə “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

SİA xəbər verir ki, dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb. Bildirilib ki, qüvvədə olan “Qrant haqqında” qanuna əsasən hüquqi və fiziki şəxslərə qrantların verilməsi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmur.

Lakin Nazirlər Kabinetinin təsdiqlədiyi “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası” hazırda yalnız QHT-lər üçün bu sahədə maliyyələşdirmə prosedurunu müəyyən edir.

Qanuna edilən dəyişikliklərin məqsədi mədəniyyət sahəsində maliyyələşdirmə mexanizmlərinin daha da təkmilləşdirilməsidir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə