Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilir.
SİA xəbər verir ki, iclasın gündəliyinə ümumilikdə 11 məsələ daxil edilib.
Gündəliyə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasına dair sazişin təsdiqi, Əmək Məcəlləsi və “Təhsil haqqında”, “Mədəniyyət haqqında” qanunlara dəyişikliklər üçüncü oxunuşda, Cinayət Məcəlləsi və digər əlaqəli qanunvericilik aktlarında dəyişikliklər isə ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Eyni zamanda iclasda narkoloji xidmət, terrorçuluğa qarşı mübarizə, gender bərabərliyi, yol hərəkəti, vergi və minatəmizləmə fəaliyyəti ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər birinci oxunuşda müzakirə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB