MSK nümayəndə heyəti Macarıstanda parlament seçkilərini müşahidə edəcək
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstanda aprelin 12-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkəyə səfərə yola düşüb.
Bu barədə SİA-ya MSK-dan məlumat verilib.
Qeyd edilib ki, səfər Macarıstan Milli Seçki Bürosunun prezidenti Nagy Attilanın dəvəti əsasında həyata keçirilir.
Səfər proqramına əsasən, MSK sədri M.Pənahovun həmkarı A.Nagy və digər rəsmi şəxslərlə, habelə seçkilərin müşahidəsinə qatılan müxtəlif ölkələrin ali seçki qurumlarının rəhbərləri ilə görüşlər keçirməsi planlaşdırılır. Görüşlər zamanı seçki idarəçiliyi sahəsində təcrübə mübadiləsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparılması nəzərdə tutulur.
Bildirilib ki, MSK nümayəndələri paytaxt Budapeştdə seçkiqabağı hazırlıq prosesi ilə tanış olacaq, həmçinin seçki günü məntəqələrdə səsvermənin gedişini müşahidə edəcək.
Qeyd edilib ki, Mərkəzi Seçki Komissiyası Macarıstanda parlament seçkilərinin müşahidəsində ATƏT/DTİHB-nin müşahidə missiyasının tərkibində də təmsil olunur.
Xəbər lenti
Sinqapurda avtomobillər üçün ultra qara örtük hazırlanmışdır...
Texnologiya 21:04Tramp Apple şirkətinin ABŞ-da çip istehsal edəcəyini açıqladı...
Texnologiya 20:35Keçilərin insanları diqqətlə dinlədiyi sübut edilib...
Maraqlı 20:23Ömür uzunluğu üçün əsas meyar müəyyən edilib...
Sosial 20:14Alimlər 2011-ci il zəlzələsinin şok effektini aşkar ediblər...
Texnologiya 20:05“Əgər bağışlasanız, bu, təqvaya daha yaxındır”
Sosial 19:43Gəzinti, ailə və fast fooddan imtina...
Maraqlı 19:34İslam alimi, şahzadə və Quran hafizi...
Dünya 19:13Qaraciyəri qoruyan bir məhsul müəyyən edilib...
Səhiyyə 18:55“Putin öz ordusundan qorxur..?”
Dünya 18:03Azərbaycanda temperatur 7 dərəcə enəcək
Sosial 16:40Bu gecə Bakının iki rayonunda işıq olmayacaq
Hadisə 16:10AYNA İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya üzv qəbul olunub
İqtisadiyyat 16:07Azərbaycanla Keniya arasında enerji əməkdaşlığı müzakirə olunub
İqtisadiyyat 16:04Növbəti 3 gündə Azərbaycanda güclü külək əsəcək
Sosial 15:36"Sabah" Ceyms İdslə yolları ayırıb
İdman 15:12Müdafiə Sənayesi və İqtisadiyyat Nazirliklərinə yeni səlahiyyətlər verilib
İqtisadiyyat 15:11Bu il də Aşura günü qanvermə aksiyası keçiriləcək
Sosial 15:10Xəzər rayonunda açıq ərazidə yanğın baş verib
Hadisə 15:05Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb
Sosial 14:26Uşaqlarda antibiotiklərin düzgün istifadəsi
Səhiyyə 14:15Qardaşlıq və etibarlı əməkdaşlıq - ANALİTİK
Siyasət 14:00Azərbaycanın Portuqaliyada Səfirliyi təsis edilib
Siyasət 13:10Şənbə günü Bakıda 38 dərəcə isti olacaq
Sosial 12:53Zaqatalada 58 yaşlı kişi qətlə yetirilib
Hadisə 12:16Vilayət Eyvazov növbəti sıra baxışı keçirib
Siyasət 11:58“Həkimlərimizi tanıyın!” rubrikamızda
Səhiyyə 11:40Azərbaycan və Ekvador arasında viza rejimi ləğv edilir
Siyasət 11:39“Səbail” yeni baş məşqçisini açıqlayıb
İdman 10:52Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9428
-0,83%
-
GBP
2,2388
-1,09%
-
RUB
2,3188
-0,66%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



