"Regionda gərginlik yeni mərhələyə keçir" - ŞƏRH

"Hazırda ABŞ-İsrail-İran arasında davam edən hərbi qarşıdurma ssenarilərində iki əsas istiqamət ön plana çıxır. Birincisi, ağır bombardman təyyarələrindən istifadə edilməklə dağıdıcı zərbələrin endirilməsidir".

Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzi Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, bu zaman əsas hədəflər kimi elektrik stansiyalarının sıradan çıxarılması, həmçinin dəmir yolu infrastrukturunun dağıdılması nəzərdə tutulur: "Digər tərəfdən, asimmetrik üsullardan istifadə ehtimalı da yüksək qiymətləndirilir. Belə hallarda əhalinin strateji obyektlərin, xüsusilə elektrik stansiyalarının ətrafına cəlb edilməsi və ya bu ərazilərdə toplaşmağa təşviq olunması kimi çağırışlar müşahidə oluna bilər. Məqsəd isə endirilən zərbələrə qarşı “canlı qalxan” effekti yaratmaqdır.

İkinci mərhələ kimi İranda daxili sabitliyin pozulması ssenarisi diqqət çəkir. Bu istiqamətdə daxili silahlı qarşıdurma və ya üsyan ehtimalı ilə bağlı müəyyən siqnallar mövcuddur. Hakimiyyətin idarəetmə imkanlarının zəiflədilməsi və nəzarətin itirilməsi belə proseslərə gətirib çıxara bilər.

Bu şəraitdə daxili müxalif qüvvələrin silahlı şəkildə ortaya çıxaraq hakimiyyət dəyişikliyinə cəhd etməsi ehtimalı gündəmə gələ bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə