"Ermənistan Aİ-yə üzv olsa, Rusiya ilə hava əlaqəsi olmayacaq" - Moskvadan İrəvana TƏHDİD
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk xəbərdarlıq edib ki, Avropa İttifaqına (Aİ) daxil olacağı təqdirdə, Ermənistanın Rusiya ilə hava əlaqəsi olmayacaq. Rusiya rəsmisi bu barədə "Birinci kanal"ın efirində bildirib. "Hazırda Avropa İttifaqı ölkələri ilə hava əlaqəsi yoxdur, bu isə o deməkdir ki, bizim Ermənistanla da hava əlaqəmiz olmayacaq", - Overçuk vurğulayıb.
O qeyd edib ki, Ermənistan vətəndaşları Avropaya inteqrasiya istiqamətində qəbul edilmiş kursun potensial nəticələrini dərk etməlidirlər.
"Bəlkə də bu, çox sərt səslənir, lakin biz istəyirik ki, Ermənistandakı insanlar başa düşsünlər ki, əgər bu baş verərsə, o cür hallar məhz Avropa İttifaqı ilə yaxınlaşma barədə qərarlar qəbul edildiyi üçün baş verəcək", - Rusiya Baş nazirinin müavini diqqətə çatdırıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB