TÜRKPA 31 Mart soyqırımı ilə bağlı bəyanat yayıb

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Katibliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

SİA xəbər verir ki, bəyanatda qeyd edilib:

“TÜRKPA Beynəlxalq Katibliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq, 1918-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qırğınların qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. Etnik təmizləmə zəminində Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilmiş bu dəhşətli qətliam minlərlə günahsız insanın həyatına son qoymuş ən ağır cinayətlərdən biri kimi xalqın qan yaddaşına yazılıb. Günahsız insanlara qarşı həyata keçirilmiş bu hadisə xalqın mədəni və mənəvi irsinə də ciddi zərbə vurub. TÜRKPA Beynəlxalq Katibliyi 108 il bundan əvvəl törədilmiş soyqırımı hadisəsini qətiyyətlə pisləyir və faciə qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə