İran İsrailin gecə hücumlarına cavab olaraq yenidən Hörmüz boğazını bağlayıb

İran İsrailin gecə hücumlarına cavab olaraq yenidən Hörmüz boğazını bağlayıb.

SİA “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, İsrail ordusunun sözçüsü bu gün açıqlamasında Tehrana gecə hücumları zamanı hərbi zavodların, raket qurğularının və canlı qüvvənin hədəf alındığını bildirib.

İran mediası, öz növbəsində İnqilab Keşikçiləri Korpusunun Buşəhrdəki bazasının, eləcə də Əhvazın cənub-qərbindəki Abadan neftayırma zavodunun yaxınlığındakı yerin raket hücumuna məruz qaldığı haqqında məlumat verib.

Bundan başqa, İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazının bağlandığını bildirib və boğazdan keçməyə cəhd edəcək gəmilərin vurulacağı barədə xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə