Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Yaxın Şərqdəki vəziyyətin Rusiya və Ukrayna arasındakı münaqişə ilə əlaqəli olduğunu qeyd edib. Bu barədə Kallas özünün "X" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, "Böyük yeddilik" (G7) ölkələrinin xarici işlər nazirlərinin qarşıdakı görüşündə nəinki Yaxın Şərqdə deeskalasiya yolları, həmçinin Ukraynadakı vəziyyət də müzakirə olunacaq.
"Yaxın Şərqdəki və Ukraynadakı müharibələr bir-biri ilə sıx bağlıdır. Müharibənin nəticələri bütün dünyada kəskin hiss olunduğu üçün "Böyük yeddilik"dən olan tərəfdaşlarımızla birlikdə Yaxın Şərqdə deeskalasiyaya necə töhfə verməyi müzakirə edəcəyik", - paylaşımda qeyd olunub.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB