Ağıllı şəhər” ,“ağıllı kənd” konsepsiyalarının tətbiqi innovativ yanaşmanın real nümunəsidir -DEPUTAT DANIŞDI
“May ayında keçiriləcək World Urban Forum 13 tədbiri çox effektiv platformadır. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təşkil olunan bu forumda dünyanın müxtəlif ölkələrindən siyasətçilər, şəhərsalma mütəxəssisləri, memarlar və akademik dairələr bir araya gələcək”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, Belə bir platformaya ev sahibliyi etmək Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi islahatların beynəlxalq səviyyədə təqdimatı üçün geniş imkanlar açacaq:
”Son illərdə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi innovativ yanaşmanın real nümunəsidir. Bu təcrübənin beynəlxalq auditoriyaya çatdırılması Azərbaycanın müasir şəhərsalma modelinin tanıdılmasına mühüm töhfə verəcək. Təsadüfi deyil ki, forum iştirakçılarının Qarabağa və Şərqi Zəngəzura tanışlıq səfərləri təşkil olunacaq. Həmçinin işğal nəticəsində dağılan ərazilərin bərpası və bu sahədə aparılan işlər barədə məlumat dünya ictimaiyyətinə çatdırılacaq.
Eyni zamanda, World Urban Forum 13 beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından da mühüm rol oynayacaq. Forum çərçivəsində müxtəlif ölkələrin təcrübə mübadiləsi, birgə layihələrin təşkili və yeni tərəfdaşlıqların qurulması üçün geniş imkanlar yaranacaq. Forum şəhərsalma sahəsində innovasiyaların təşviqi üçün də mühüm platformadır. Müasir texnologiyaların – süni intellekt, yaşıl enerji həllərinin şəhər mühitinə inteqrasiyası məsələləri də tədbirin əsas müzakirə mövzularından olacaq.
Məlum olduğu kimi, Azərbaycan COP29 çərçivəsində də rəqəmsal təşəbbüslərə yüksək səviyyədə sadiqliyini nümayiş etdirib. 80-dən çox hökumət tərəfindən imzalanan “Yaşıl Rəqəmsal Fəaliyyət” Bəyannaməsi işə salınıb. Artıq beynəlxalq ekspertlər də bildirir ki, Azərbaycanın şəhərlərin rəqəmsal transformasiyasında liderlik üçün bütün əsasları var. Bir sözlə, WUF 13 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ölkəmiz üçün həm strateji, həm də praktik baxımdan böyük əhəmiyyət daşıyır. Bu forum Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə tanıdılmasına, yeni əməkdaşlıq imkanlarının yaradılmasına və ən əsası, gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB