"Hazırda dünya miqyasında gərginliklər artır və müxtəlif bölgələrdə müharibələr baş verir. Xüsusilə Yaxın Şərq regionunda davam edən müharibələr, həmçinin Balkanlar bölgəsində artan gərginliklər beynəlxalq təhlükəsizlik üçün ciddi risklər yaradır".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
_(1).jpg)
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi və Çin-Tayvan böhranı kimi qlobal səviyyəli qarşıdurmalar da vəziyyəti daha da mürəkkəbləşdirir: "Eyni zamanda Amerika Birləşmiş Ştatları və digər böyük dövlətlər daxilində baş verən siyasi gərginliklər göstərir ki, bir çox hallarda münaqişələrin diplomatik yollarla həlli çətinləşir və bu proseslər getdikcə hərbi qarşıdurmaya çevrilir. Bu isə beynəlxalq təhlükəsizlik sistemini ciddi şəkildə təhdid edir.
Məhz bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı vurğulamışdı ki, qlobal problemlərin həlli üçün dialoqa üstünlük verilməlidir. Dövlətlər siyasi və diplomatik yollarla danışıqlar apararaq beynəlxalq problemlərin həllinə çalışmalıdırlar.
Azərbaycan da öz növbəsində beynəlxalq münasibətlərdə dialoq və əməkdaşlıq mühitinin formalaşdırılmasına töhfə verməyə çalışır. Lakin hazırda görünən odur ki, beynəlxalq siyasi nizam müəyyən mənada zəifləyir, beynəlxalq hüququn tətbiqi isə bir çox hallarda effektiv olmur. Bu isə dünyada qeyri-müəyyənliklərin və təhlükələrin artdığını göstərir. Dünya getdikcə daha mürəkkəb və gərgin bir mərhələyə daxil olur. Belə bir şəraitdə beynəlxalq platformalar, xüsusilə də Qlobal Bakı Forumu kimi tədbirlər ölkələr arasında dialoqun gücləndirilməsi üçün mühüm rol oynaya bilər.
Rusiya-Ukrayna müharibəsi və digər beynəlxalq münaqişələr diplomatik danışıqlar yolu ilə həll oluna bilərdi. Bu baxımdan beynəlxalq platformaların və siyasi dialoqun əhəmiyyəti daha da artır. Bu kimi beynəlxalq forumlar dövlətlərin nümayəndələrinin bir araya gələrək fikir mübadiləsi aparması və problemlərin diplomatik yollarla həllini müzakirə etməsi üçün mühüm imkan yaradır. Təəssüf ki, bəzən siyasi iradənin zəifliyi və qarşılıqlı etimadsızlıq səbəbindən bu imkanlardan tam istifadə olunmur.
Azərbaycanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlər və dialoq platformaları qlobal problemlərin müzakirəsi və həllinə töhfə verə biləcək mühüm siyasi platformalardır".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB