“Yaşayış şəraitinin təmin edilməsi iqtisadi parçalanmanı aradan qaldıra bilər” -ANAR QULİYEV

“Azərbaycan bu ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (WUF13) yaşayış yerləri ilə bağlı təşəbbüslərini təqdim edəcək.
Şəhərsalma, inkişafla bağlı problemlər var. Yaşayış şəraitinin təmin edilməsi iqtisadi parçalanmanı aradan qaldıra bilər.
Bu vacib dialoqu davam etdirmək və qlobal səviyyədə fikir mübadiləsini daha da genişləndirmək məqsədilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün hörmətli üzvlərini may ayında Bakıda keçiriləcək GUC-13 tədbirində bizə qoşulmağa səmimi qəlbdən dəvət edirəm”.
SİA xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura komitəsinin sədri , WUF13 üzrə Milli Kordinator Anar Quliyev XIII Qlobal Bakı formunun çərçivəsində keçirilən "Mənzil üçün qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər" adlı panel sessisyada deyib.

“Bu tədbir şəhər inkişafının gələcəyi, dayanıqlı urbanizasiya, müasir idarəetmə yanaşmaları və innovativ həllər kimi aktual məsələlər ətrafında beynəlxalq müzakirələrin aparılması üçün mühüm platforma olacaq.

Sizin zəngin təcrübəniz, dəyərli bilikləriniz və baxışlarınız qlobal miqyasda şəhərlərin davamlı inkişafı ilə bağlı müzakirələrin formalaşmasına və yeni ideyaların ortaya çıxmasına böyük töhfə verə bilər. İnanırıq ki, bu görüş müxtəlif ölkələrdən olan mütəxəssislər, siyasətçilər və beynəlxalq təşkilat nümayəndələri arasında əməkdaşlığın güclənməsinə, eləcə də gələcək urban inkişaf strategiyalarının daha effektiv şəkildə müəyyənləşdirilməsinə imkan yaradacaq.”

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə