"Azərbaycanın artıq ənənəvi hal alan Qlobal Forumun keçirilməsi ölkəmizin yeni bir beynəlxalq diplomatik platforma yaratdığını göstərir. Dünyanın nüfuzlu ölkə başçıları, keçmiş dövlət rəhbərləri, nüfuzlu siyasətçilər və qərarvericilər hər il ənənəvi olaraq Azərbaycanda toplanırlar".
Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
_(1).jpg)
Onun sözlərinə görə, Cənab Prezidentin hər il olduğu kimi yeni geosiyasi və geoiqtisadi reallıqları nəzərə alaraq etdiyi çıxış isə sanki bütün dünyanın diqqət mərkəzində olur: "Bu dəfəki Bakı Qlobal Forumu dünyamızın üzləşdiyi böyük siyasi-iqtisadi müharibə risklərinin olduğu bir dövrdə keçirilir.
Buna baxmayaraq, Azərbaycanın həm cənub, həm də şimal qonşuluğunda müharibələrin getdiyi bir zamanda belə Qlobal Foruma çox böyük diqqətin olduğunu görürük. Cənab Prezident forumda çox önəmli açıqlamalar verdi. O, Azərbaycanın iqtisadi baxımdan bağlayıcı tranzit və kommunikasiya xətləri üzrə mühüm rolunu xüsusi vurğuladı.
Tarixdə ilk dəfə olaraq Azərbaycanın irəli sürdüyü sülh gündəminin nəticəsində Ermənistan artıq izolyasiya olunmuş ölkə deyil, tranzit xəttinin bir hissəsinə çevrilmişdir. Beləliklə, Ermənistan uzun illərdən sonra səhv siyasətinin dalana aparan siyasət olduğunu anladı və Azərbaycanın yaratdığı reallığı qəbul edərək bu layihələrin tərkibində yer aldı.
Hazırda Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq belədir ki, şimalda Rusiya-Ukrayna müharibəsi, cənubda isə İran ətrafında baş verən hadisələr regionda yeni vəziyyət formalaşdırıb. Bu şəraitdə Qərblə Şərqi birləşdirən əsas yol, Avropadan Mərkəzi Asiya və Çinə baxdıqda, Azərbaycan üzərindən keçir. Eyni zamanda Çindən və Mərkəzi Asiyadan baxdıqda Avropaya açılan qapı da məhz Azərbaycandır.
Hətta İranda müharibə başlayandan sonra biz bunun şahidi olduq ki, Orta Dəhliz - Cənubi Qafqaz və Azərbaycan üzərindən keçən hava və nəqliyyat dəhlizi faktiki olaraq yeganə işlək marşrut kimi fəaliyyət göstərir.
Bütün bu reallıqları vurğulayan cənab Prezident Bakı Qlobal Forumunda bir daha qeyd etdi ki, Azərbaycan orta güc ölkəsi olaraq həm dünyanın, həm də regionumuzun geosiyasi və geoiqtisadi gündəliyinin formalaşmasında mühüm rol oynayan dövlətlərdən biridir.
Eyni zamanda Azərbaycan hazırda çox önəmli birləşdirici halqa rolunu oynayır. Yəni Azərbaycanın iştirakı olmadan heç bir böyük geosiyasi layihə, heç bir beynəlxalq nəqliyyat və kommunikasiya xətti tam şəkildə həyata keçirilə bilməz. Bu baxımdan cənab Prezidentin Bakı Qlobal Forumundakı çıxışı dünyanın nüfuzlu analitik dairələrində və beynəlxalq media orqanlarında diqqət mərkəzində saxlanılır. Çünki Bakı Qlobal Forumu artıq Davos, Münhen Təhlükəsizlik Konfransı və Antalya Diplomatik Forumu kimi tanınmış beynəlxalq platformalar səviyyəsində özünü təsdiq etmişdir.
İnanırıq ki, bundan sonra da Qlobal Forum dünyanın çətin və mürəkkəb bir dövrdən keçdiyi vaxtda əməkdaşlıq, sülh və təhlükəsizlik məsələlərinin dialoq formatında müzakirə olunduğu mühüm beynəlxalq platformalardan birinə çevriləcək. Bu isə ölkəmizin gücünün və Azərbaycanın dünya siyasəti və diplomatiyasındakı çəkisinin bariz göstəricisidir".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB