"Mülki obyektlərə hücumların təsadüfi olduğuna inanmaq çətindir” - Müctəba Dəmirçil
İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil bildirib ki, son günlər İranda baş verən hücumlar mülki obyektləri və idman-təhsil müəssisələrini də hədəfə alıb.
SİA xəbər verir ki, səfir bu fikirləri mətbuat konfransında çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Fars əyalətinin Lamia rayonunda yerləşən voleybol üzrə ixtisaslaşdırılmış məktəbin binasına hücum edilib və nəticədə 18 xanım voleybolçu həyatını itirib. Eyni zamanda gücləndirilmiş idman mərkəzləri və tibb müəssisələri, o cümlədən Gəncə Hospitalına hücumlar həyata keçirilib.
Səfir qeyd edib ki, bu hücumlar nəticəsində həm ictimaiyyət nümayəndələri, həm də xəstəxanada müalicə alan yaralılar və pasiyentlər zərər çəkib. O vurğulayıb ki, İranın sənaye, radio və televiziya agentlikləri, eləcə də digər media qurumları hadisələri geniş şəkildə işıqlandırır.
Müctəba Dəmirçil bildirib ki, müasir texnologiyaların inkişaf etdiyi bir dövrdə belə hücumların təsadüfi olması inandırıcı görünmür: “Əməliyyatların detalları əvvəlcədən planlaşdırıla və koordinasiya oluna bilir. Buna görə də obyektlərə və hətta radioaktiv sahələrə yönəlmiş hücumların məqsədli xarakter daşıdığı qənaəti formalaşır”.
Səfir əlavə edib ki, digər şəhərlərə də hərbi hücumlar davam edir və İran xalqı həyatını itirənlərin yasını saxlayır. Bununla yanaşı, ölkə öz müdafiəsini təmin etmək üçün bütün zəruri addımları atır.
O həmçinin qeyd edib ki, ali dini rəhbərin həlak olması və ailə üzvlərinin də hücuma məruz qalması baş verən hadisələrin miqyasını göstərir. Onun sözlərinə görə, ali lider həyat tərzi baxımından təvazökar olub və çətin şəraitdə belə yaşadığı və işlədiyi məkanda qalmağa üstünlük verib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB