Əgər proseslər normal şəkildə davam etsəydi, media nümayəndələri bu gün Vyanada keçirilən danışıqları izləyəcəkdilər. Lakin hazırda İran İslam Respublikasına qarşı həyata keçirilən hərbi təcavüzün şahidi oluruq.
SİA xəbər verir ki, bu fikirləri Müctəba Dəmirçil mətbuat konfransında çıxışı zamanı səsləndirib.
Səfir bildirib ki, bu cür hadisə ilk dəfə deyil: “Ötən ilin iyun ayında İran ilə Amerika Birləşmiş Ştatları arasında danışıqlar aparıldığı bir vaxtda, prosesin ən həssas mərhələsində İrana qarşı hərbi təcavüz həyata keçirilmişdi”.
Müctəba Dəmirçil qeyd edib ki, diplomatik danışıqlar fonunda baş verən bu cür addımlar ikiüzlü və aldatıcı siyasətin göstəricisidir: “Belə yanaşma artıq ABŞ və sionist rejimin prinsipial xəttinə çevrilib”.
Səfir vurğulayıb ki, İran İslam Respublikası özünün legitim müdafiə hüququndan istifadə edərək hərbi təcavüzün ilk saatlarından etibarən lazımi və müvafiq addımlar atır və milli təhlükəsizliyinin qorunması istiqamətində qətiyyətli mövqe nümayiş etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB