ABŞ-nin Şimali Karolina ştatının Apeks, Fuquay Varina və Holli Springs şəhərlərində nəşr olunan və geniş oxucu auditoriyasına malik “Suburban Living” jurnalında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı məqalə yayımlanıb. Məqalə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Şimali Karolinada fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü ilə dərc edilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, yazıda “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının məqsəd və əhəmiyyəti diqqətə çatdırılıb. Qeyd olunub ki, kampaniya Xocalı soyqırımı barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması, qurbanların xatirəsinin yad edilməsi və hadisələrin unudulmaması istiqamətində həyata keçirilir. Məqalədə, həmçinin www.justiceforkhojaly.org saytına da istinad edilib.
Qeyd edək ki, 10 ilə yaxındır nəşr olunan jurnalda bundan öncə də Xocalı soyqırımının 30-cu, 31-ci və 33-cü ildönümü ilə bağlı məqalələr dərc olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB