Azərbaycan Xarici İşlər Nazirliyində yüksək vəzifəyə yeni təyinat olub. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Məmməd Talıbov XİN-in Avropa İdarəsinin rəisi təyin edilib.
O, artıq vəzifəsinin icrasına başlayıb. İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyan Məmməd Afiq oğlu Talıbov 2019-cu ildə Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu. O, 2025-ci il oktyabrın 27-də geri çağırılıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB