XİN-də yeni rəis təyin edilib

8 Fevral 2026 01:20 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyində yüksək vəzifəyə yeni təyinat olub. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Məmməd Talıbov XİN-in Avropa İdarəsinin rəisi təyin edilib.

O, artıq vəzifəsinin icrasına başlayıb. İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyan Məmməd Afiq oğlu Talıbov 2019-cu ildə Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu. O, 2025-ci il oktyabrın 27-də geri çağırılıb.

Mətləb