Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsinin birinci iclası Əbu-Dabi şəhərində keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, iclasda hər iki ölkənin müdafiə qurumları arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Yekunda "Azərbaycan Respublikası və BƏƏ-nin Müdafiə nazirlikləri arasında keçirilmiş Birgə Hərbi Əməkdaşlıq Komitəsinin iclasının Protokolu" imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB