Bu, hər iki ölkə üçün qürurverici və gələcəyə hesablanmış mühüm addımdır. - ŞƏRH EDİLDİ
"Bu gün Azərbaycan–ABŞ münasibətləri öz inkişafının ən yüksək mərhələlərindən birini yaşayır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan–ABŞ əlaqələri sürətlə və ardıcıl şəkildə inkişaf edir. Bu münasibətlərin möhkəmlənməsi dövlətlərarası əməkdaşlığın müxtəlif sahələrində konkret addımların atılması ilə müşayiət olunur". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, əlaqələrimizin inkişafı yalnız ikitərəfli səviyyədə deyil, həm də regional və beynəlxalq miqyasda həyata keçirilən layihələr vasitəsilə reallaşır:
"Xarici siyasətin bu prosesdə çox böyük və həlledici rolu vardır. Bu gün mövcud olan Azərbaycan–ABŞ münasibətləri inkişaf səviyyəsinə görə bir çox ölkələr arasındakı münasibətlərlə müqayisə olunmayacaq dərəcədə yüksəkdir. 8 avqust tarixində iki ölkə arasında mühüm sənədlər imzalanmış, əməkdaşlığın yeni istiqamətləri müəyyən edilmişdir. Hazırda isə cənabPrezidentin rəhbərliyi ilə bu münasibətlərin tamamilə yeni bir mərhələyə qədəm qoyduğunun şahidi oluruq.
Bu gün Azərbaycanla birlikdə enerji təhlükəsizliyi, söz və fikir azadlığının təşviqi, eləcə də təhsil sahəsində müxtəlif layihələrin həyata keçirilməsində birgə iştirak edilir. Xüsusilə qeyd etmək olar ki, Zəngəzur dəhlizinin və region üçün strateji əhəmiyyət daşıyan nəqliyyat-kommunikasiya xətlərinin açılmasında hər iki ölkə əməkdaşlıq edir. Bundan əlavə, xaricdə yaşayan azərbaycanlı gənclərin təhsilinin təşkili, onların bilik və bacarıqlarının artırılması istiqamətində də birgə təşəbbüslər həyata keçirilir. Bu, hər iki ölkə üçün qürurverici və gələcəyə hesablanmış mühüm addımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB