“İsrail Azərbaycanın təhlükəsizlik sahəsində əsas tərəfdaşlarından biri kimi çıxış edir“ -ŞƏRH OLUNDU
“İsrail-Azərbaycan münasibətləri Azərbaycanın xarici siyasət kursunda mühüm və strateji yer tutur. İsrail Dövlətinin xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi baxımından əhəmiyyətli siyasi hadisə kimi dəyərləndirilə bilər”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.
Onun sözlərinə görə, Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə keçirilən görüşlər, eləcə də hər iki ölkənin xarici işlər nazirləri arasında aparılan müzakirələr və səsləndirilən rəsmi bəyanatlar onu deməyə əsas verir ki, tərəflər münasibətlərin inkişafında yüksək siyasi iradə və qarşılıqlı maraq nümayiş etdirirlər:
“Bu yanaşma təkcə ikitərəfli əlaqələrin möhkəmlənməsinə deyil, eyni zamanda regionda baş verən proseslərə və qlobal beynəlxalq münasibətlər sistemində formalaşan yeni çağırışlara qarşı koordinasiyalı mövqenin formalaşmasına da ciddi təsir göstərir.
İsrail Azərbaycanın təhlükəsizlik sahəsində əsas tərəfdaşlarından biri kimi çıxış edir və bu əməkdaşlıq möhkəm siyasi etimada əsaslanır. Xüsusilə İkinci Qarabağ müharibəsi dövründə bu tərəfdaşlığın praktiki və strateji əhəmiyyəti aydın şəkildə özünü göstərmişdir.
İsrailin xarici işlər nazirinin beynəlxalq informasiya agentliyinə verdiyi müsahibədə də vurğulandığı kimi, iki ölkə arasındakı münasibətlər mühüm tarixi sınaqlardan keçmiş, qarşılıqlı etimad və maraqlar üzərində formalaşmışdır. Bu kontekstdə gələcəyə yönəlik əməkdaşlıq yol xəritəsi həm Azərbaycan, həm də İsrail üçün strateji əhəmiyyət daşıyır və regional sabitliyin möhkəmləndirilməsinə xidmət edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB