İlk növbədə sizinlə həmrəyliyimizi ifadə etmək istəyirəm. Bu gün 20 Yanvardır və biz Azərbaycan xalqı ilə tam həmrəyik. Biz hər zaman sizinləyik, Azərbaycanın ərazi bütövlüyünü suverenliyini və azadlığını daim dəstəkləyirik.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev bildirib.
“Azərbaycanın bizə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Bu gün təqdim olunan növbəti humanitar yardım paketi bizim üçün çox önəmlidir. Xüsusilə qış dövründə elektrik infrastrukturumuza qarşı həyata keçirilən hücumlardan sonra bu yardım böyük əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevə və bütün Azərbaycan xalqına dərin minnətdarlığımızı bildiririk. Biz qardaş ölkələr kimi bir yerdə olduğumuzu hiss edirik. Demokratiya və azadlıq uğrunda yaşadığımız bu ağır dövrdə sizin dəstəyinizi heç vaxt unutmayacağıq”, - deyə Yuriy Husyev vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB