Ukrayna nümayəndə heyəti sülh planı üzrə danışıqlar üçün ABŞ-yə gedib

Ukrayna nümayəndə heyəti Ukrayna münaqişəsinin nizamlanması üzrə sülh planı çərçivəsində danışıqların növbəti raundunu keçirmək üçün ABŞ-yə gedib.

Bu barədə SİA Ukrayna Prezident ofisinin rəhbəri Kirill Budanovun teleqram kanalına istinadən xəbər verir.

"ABŞ-yə gəldim. Rüstəm Umerov və David Arahamiya ilə birlikdə amerikalı tərəfdaşlarımızla sülh sazişinin detalları barədə mühüm müzakirələr aparacağıq", - o qeyd edib

Bütün xəbərlər Facebook səhifəmizdə