N hərbi hissəsində taktiki təlim keçirilib

2026-cı il üçün hazırlıq planına uyğun olaraq N hərbi hissəsinin taktiki təlimi keçirilib.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, səhra şəraitində açılan komanda idarəetmə məntəqəsində bölmələrin tapşırıqların icrası ilə bağlı fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib, komandirlərin qəbul edilmiş qərarlara dair məruzələri dinlənilib.

Təlimin keçirilməsində əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.

Bütün xəbərlər Facebook səhifəmizdə