Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edilib

Eşqin Bayramov Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

SİA xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Qeyd edək ki, E.Bayramov 2011-2025-ci illərdə Bakı Biznes Universitetində şöbə müdiri, prorektor, müəllim işləyib. 2025-ci ilin fevral ayından hazırkı vəzifəsinə qədər DMA-nın Beynəlxalq əlaqələr və layihələr departamentinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, ötən həftə Hasil Abbasov agentliyə yeni sədr təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə