Azərbaycan Mətbuat Şurası “Səs” qəzetini 35 yaşı münasibətilə təbrik edib

Azərbaycan Mətbuat Şurası “Səs” qəzetini 35 yaşı münasibətilə təbrik edib.

SİA xəbər verir ki, bu barədə Şuranın “facebook” hesabında paylaşım edilib:

Bu gün müstəqillik dövrü Azərbaycan jurnalistikasının aparıcı media orqanlarından biri olan “Səs” qəzetinin 35 yaşı tamam olur.

“Səs” ölkəmiz üçün ən çətin dövrlərdə jurnalist əməyini dövlətçilik amalları naminə səfərbər etməyi bacaran istedadlı vətənsevərlərin bir araya gələrək formalaşdırdıqları qəzetdir. Elə bir qəzet ki, qayəsində Azərbaycan dayanırdı. Yubilyar nəşr mübarizə aparmaqla, nəinki inkişaf etdi, eyni zamanda, jurnalistika məktəbinə çevrildi. Hazırda ictimai həyatın, dövlət idarəçiliyinin müxtəlif sahələrində bu məktəbin müdavimlərini görmək xoş və sevindiricidir.

Fəaliyyəti ilə ötən müddətdəki tariximizin mübarizlik salnaməsini yaratmış “Səs” qəzeti oxucuların rəğbətini qazanıb populyarlaşmaqla yanaşı, dövrün tələblərinə uyğun müasirləşməyi də bacardı. Malik olduğu xarakter nəşri özündə bir neçə media orqanını birləşdirən mərkəzə çevirdi. Əlamətdar haldır ki, bu mərkəz 35 il əvvəl əsası qoyulmuş ənənələrə, həmçinin klassik mətbu irsimizə sadiqlik ruhundadır.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Bəhruz Quliyev başda olmaqla “Səs” media ailəsinin rəhbərliyini və kollektivini 35 illik yubiley münasibəti ilə təbrik edir, bu fədakar ailənin hər bir üzvünə möhkəm cansağlığı, yaradıcılıq şövqü, nailiyyətlər və daha böyük rəqəmli əlamətdar günləri qeyd etmək xoşbətliyi arzulayırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə