"Ukrayna və Venesuela imperialist təsirlərə qarşı durur" - POLİTOLOQ DANIŞDI
"Son vaxtlar Rusiya öz strateji tərəfdaşlarına və müttəfiq hesab olunan ölkələrə qarşı ikili standartlarla yanaşır". Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Onun sözlərinə görə, bunu həm İranla, həm də İsrail və Amerikanın 12 günlük müharibəsində göstərdiyi mövqedə də müşahidə edə bilərik: "Eyni zamanda, Azərbaycan-Ermənistan münaqişəsində də Rusiya tərəfli və qeyri-sabit mövqe sərgilədi. Ermənilər belə hesab edir ki, Rusiya onları satdı.
Eyni halı Suriya məsələsində də gördük. Əvvəl terrorçu dedikləri qüvvələri bir müddət sonra müxalifət adlandırdılar, daha sonra isə iqtidar kimi qəbul edib Əş-Şar Əsədlə Moskvada danışıqlar apardılar. Rusiya hətta Suriyada dostu sayılan Əsədi belə, ən yaxşı halda Moskvada qəbul etdi.
Hal-hazırda oxşar bir proses Venesuelada baş verir. Rusiya geosiyasi baxımdan ard-arda mövqelərini itirir. Buna baxmayaraq, özünü sanki heç nə olmamış kimi göstərir Ruslar demişkən, "pis oyunda yaxşı üz göstərir". Ukrayna ilə Venesuela arasında müəyyən oxşarlıqlar və fərqlər var. Ukrayna Rusiyanın – yəni avtoritar imperialist qüvvənin qurbanı oldu. Venesuela isə ABŞ-ın demokrat imperialist qüvvənin – hədəfinə çevrildi. Amma fərq ondadır ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlar apararaq ərazi ələ keçirmək istədi, ABŞ isə Venesuelada sadəcə siyasi lideri dəyişdirməyə çalışdı, ərazi iddiası olmadı.
ABŞ artıq İraq və Əfqanıstan təcrübəsindən dərs alaraq növbəti irimiqyaslı müharibəyə daxil olmaq istəmədi. Ukrayna müharibəsindən çıxardığı nəticələrlə daha ehtiyatla hərəkət edir. Rusiya ilə ABŞ arasında qərarvermə baxımından da fərqlər var. Rusiyada hər şeyi Putin müəyyən edir, Amerikada isə qərarlar Konqresdə, demokratik sistem daxilində verilir. Məsələn, dünən Konqresin səsvermə aparmaması göstərdi ki, ABŞ-da prezident istədiyini təkbaşına həyata keçirə bilmir.
Bu, “yaxşı polis, pis polis” siyasətinə bənzəsə də, bir reallığı ortaya qoyur: Tramp hər istədiyini edə bilmir, çünki ABŞ-da cəmiyyət və dövlət strukturu buna imkan vermir. Rusiyada isə Putin istədiyini edir. Ukrayna və Venesuela hər ikisi də öz regionlarında biri postsovet məkanında, digəri isə Latın Amerikasında imperialist təsirlərə qarşı müqavimət göstərir. Hazırda hər iki ölkədə rejim dəyişməyib: Ukraynada anti-rus, Venesuelada isə anti-amerikan mövqe qorunub saxlanılır. Venesuelada bəli, lider dəyişdi, lakin siyasi rejim yerində qaldı. Həmin ideologiya, həmin rejim davam edir və ABŞ-la münasibətlərdə bəlkə də daha praqmatik mövqe tutulacaq. Amma fakt budur ki, hələlik rejim dəyişməyib, yalnız lider figuru ortadan götürülüb. Ukrayna və Venesuela biri Rusiya, digəri ABŞ imperializminin təsirinə qarşı çıxıb və hələlik hər ikisi bu mübarizədə davam edir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB