Güneydə etirazlar nəticə verməyə başlayır - TƏHLİL

ABŞ-nin İnsan Hüquqları Müdafiəçiləri (HRAI) təşkilatı fars-molla rejiminin ərazilərində keçirilən etiraz aksiyaları ilə bağlı yeni məlumat yaydı

Tarixi faktlar təsdiq edir ki, zorakı üsullarla, qəddar əməllərlə xalqı məqsədindən və qarşısına qoyduğu hədəflərindən yayındıra bilməz. Dəfələrlə dünya siyasi səhnəsində, ayrı-ayrı ölkələrin həyatında hakimiyyətlər hər cür qatı idarəetmə üsulundan, zorakı vasitələrdən istifadə etməklə azadlığı uğrunda mübarizəyə qalxan xalqları yolundan çəkindirə bilməyib, nəhayət də məğlubiyyətə uğrayıblar. Bu baxımdan tam əminliklə demək olar ki, bir neçə gündür ki, fars-molla rejiminin ərazilərində davam edən etiraz aksiyaları uğurla başa çatacaq. Xüsusilə də, 50 milyondan çox azərbaycanlının yaşadığı Güney Azərbaycanda dəfələrlə milli oyanışlar baş verib və qısa müddətli də olsa məqsədlərə nail olunub. Dünya azərbaycanlılarının mənəvi mərkəzi olan Təbrizdə Səttar xanın və onun yaxın silahdaşı Bağır xanın fədakarlıqları nəticəsində 1905-1911-ci illərdə Cənubi Azərbaycanda milli hökumətin qurulması buna misal ola bilər. Fars rejimi milli hökuməti devirmək üçün cəhdlər göstərsə də, istəyinə nail ola bilməmişdi. 1909-cu ilin aprel ayında fars rejiminin silahlı dəstələri ilə Səttar xanın rəhbərlik etdiyi Güney Azərbaycan ordusu arasında qanlı döyüşlər baş verdi. Döyüşlər güneyli oğulların qələbəsi ilə başa çatdı, şahın ordusu Təbrizdən çıxarıldı. Bu döyüşdə göstərdikləri fərdi qəhrəmanlıqlara görə Səttar xan və Bağır xan Azərbaycanın əyalət əncüməni tərəfindən müvafiq olaraq "Sərdari-milli" (Xalq sərkərdəsi) və "Salari-milli" (Xalq rəhbəri) fəxri adlarına layiq görülürlər. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura Məclisi Səttar xanla Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə onların adlarının metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asılması haqqında fərman verir. Bundan sonra Təbrizdə Hərbi Şuraya yaradılır. Tehranda, Ərdəbildə, Məşhəddə və digər ərazilərdə "Səttar xan" adı altında inqilabi komitələr yaranır. Təbriz əyalət əncüməni özünü Şura Məclisinin elçisi kimi təqdim edir. 1908-ci ilin oktyabr ayına qədər Güney Azərbaycanın bir çox vilayətləri fars ordularından təmizlənir.

Təbriz, Ərdəbil, Tehran ayaqdadır

O zaman Güneydə qazanılan parlaq qələbə Çar Rusiyasını və İngiltərəni təşvişə salır. Onlar Səttar xanı və silahdaşlarını gözdən salmaq üçün Səttar xan və Bağır xanı silahdaşlarından,Təbrizdən ayırmağa çalışırlar. İngiltərənin xarici işlər naziri Edvard Karinin 16 mart 1910-cu il də indiki fars-molla rejiminin ərazilərində olmuş səfiri Corc Birliyə göndərdiyi teleqramda deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra Səttar xanı və Bağır xanı müxtəlif vədlərlə Tehrana dəvət edirlər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər silahdaşı iləTehrana yola düşür. 1910-cu ilin aprel ayının 3-də Səttar xan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır, ən gözəl məkanda yerləşdirilir. 1910-cu ilin 7 avqustunda şah qoşunları və milliyətcə erməni olan daşnak Yefrem Davidyansın başçılıq etdiyi Tehranın polis qüvvələri gecə xaincəsinə Səttar xanının çadırına hücum edirlər. Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır. Bu yara onun ölümünə səbəb olur. 1914-cü ilin noyabr ayının 9-da aldığı güllə yarasından Səttar xan 48 yaşında vəfat edir. Bununla da Səttar xan hərəkatı tamamilə sona çatır. Ancaq onun kimi fədailərin nurundan güc alan minlərlə soydaşımız sonrakı illərdə milli azadlıq mübarizələrini davam etdirdilər. Belə bir mübarizə 12 dekabr 1945-ci ildə Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökümətinin qurulması ilə nəticələndi. Təəssüf ki, sovetlərin dəstəyi ilə fars rejiminin qəddar hücumları , zorakı əməlləri ilə Milli Hökümət 1946-cı ildə süquta uğradıldı. Ancaq görünən ondan ibarətdir ki. Səttar xanın, Seyid Cəfər Pişəvərinin və digər qəhrəman ulularımızın nəsildən nəslə miras olaraq ötürülən azadlıq uğrunda mübarizə aparmaq ənənəsi bu gün də davam etdirilir. Hazırda fars-molla rejimininnəzarət etdiyi ərazilərdə böyük etiraz aksiyaları keçirilir. Rejim etiraz aksiyalarını yatırmaq üçün hər cür zorakı vasitələrdən istifadə edir. Hətta Təbriz, Ərdəbil, Tehran şəhərlərinə tanklar yeridilib. Toqquşmalar zamanı 62 dinc sakin öldürüldüyü, 1768 nəfərin isə yaralandığı bildirilir. Eyni zaman rejimin cəza dətələri tərəfindən 4 mindən çox həbs edilərək zindanlara atılması barədə məlumatlar qeyd olunur. ABŞ-ın İnsan Hüquqları Müdafiəçiləri (HRAI) təşkilatının məlumatına görə, milli valyutanın çökməsi və yaşayış qiymətinin artması ilə başlayan ümumölkə etirazları artıq ən azı 100-dən çox şəhəri, 300--ə qədərə qəsəbəni əhatə edib. ABŞ-nin İnsan Hüquqları Müdafiəçiləri təşkilatında qeyd olunur ki, indiyə qədər 58 nəfər öldürülüb, 3867 nəfər isə həbs olunub. Təşkilatın direktor müavini Skaylar Tompson "The Guardian" qəzetinə bildirib ki, təşkilat ən azı 44 uşağın öldürülməsi və həbsini sənədləşdirib: "Bu rəqəmlər gənclərin davam edən etirazlarda fəal iştirak etdiyinin açıq-aydın sübutudur. Mülki şəxslərə qarşı ayrı-seçkilik edilmədən edilən hücumlar, xüsusən də uşaqların açıq-aşkar iştirakı nəzərə alınmaqla, beynəlxalq hüququn pozulması kimi geniş şəkildə pislənməlidir".

Təbrizin bir sıra rayonlarının polis idarələri, əhəmiyyətli dövlət binaları ələ keçirilib

Aldığımız məlumata görə, Təbriz Universitetinin tələbə-gəncləri Təbrizin bir sıra rayonlarının polis idarələrini, əhəmiyyətli dövlət binalarını ələ keçiriblər. Xoy, Söhbət İlam vilayətinin Abdanan şəhəri və Ərdəbil şəhərləri tamamilə etirazçıların nəzarətinə keçib. Məlumata əsasən, polis və təhlükəsizlik qüvvələri müqavimət göstərmədən təslim olub və etirazçılara qoşulub. Dini mərkəz hesab edilən Qum şəhərində etirazçılar dindarlar əleyhinə şüarlar səsləndiriblər. Qum fars –molla rejiminin əsas dayaqlarından biri sayılır və baş verənlər xüsusi simvolik məna kəsb edir. Məlumata görə, ötən gün ölkənin qərbində polis ilə toqquşmalar zamanı daha 7 nəfər həlak olub, 34 nəfər yaralanıb. Məlikşahi rayonunda toqquşmalarda 14 təhlükəsizlik işçisi öldürülüb. Adının çəkilməməsini istəməyən Məlikşahi sakini "The Guardian" qəzetinə bildirib ki, izdiham həftəsonu hökumət əleyhinə şüarlar səsləndirib və saxlanılan etirazçıların azad edilməsini tələb edib. O, təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açdığını bildirib.

ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər rejim atəş açıb dinc etirazçıları vəhşicəsinə öldürərsə, ABŞ onların köməyinə gələcək: "Təəssüf ki, İranın belə bir təcrübəsi var. Biz isə hərəkətə keçməyə tam hazırıq". Bu arada yayılan məlumat da bildirilir ki, Donald Trampın fars-molla rejiminə qarşı qarışı xəbərdarlığından sonra ABŞ hərbi təyyarələri və xüsusi təyinatlıları Böyük Britaniya və Almaniyaya köçürülüb. Bu barədə Böyük Britaniyanın "San" nəşri yazıb. Nəşrin məlumatına görə, 160-cı Xüsusi Əməliyyatlar Aviasiya Alayının C-17 Globemaster təyyarəsi və iki AC-130 təyyarəsi İngiltərədəki RAF Fairford Hava Bazasına eniş edib. "Bu hərəkət 12 günlük müharibədə nüvə obyektlərinin bombalanmasından əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin hərəkətlərinə oxşayır. Qırıcı təyyarələrin geniş etirazlarla üzləşən fars -molla rejimin baş mollası Xameneinin izlədiyi qənaətindədir və istənilən məqamda onu Madura kimi ələ keçirə bilər. Məhz təhlükəni yaxınlığında olduğunu hiss edən rejimin baş mollası qaçaraq Moskvada gizləməyi planlaşdırdığı bildirilir. 88 yaşı tamam olacaq baş molla Ayətullah Əli Xamenei özünün bütün hakimiyyəti dövründə ən ağır dövrünü yaşadığını qeyd etsək səhv etmərik. Britaniyanın "The Times" qəzeti ona təqdim edilən kəşfiyyat sənədlərinə istinadən qeyd edir ki, Ayətullah Xameneinin təhlükəsizlik qüvvələrinin etirazları yatırmaqda çətinlik çəkdiyini anladığından ərazilərdən Rusiyaya qaçmaq planı var. Kəşfiyyat mənbəyinin qəzetə ötürdüyü bu "B planı"na görə, 88 yaşlı Xamenei, ordu və təhlükəsizlik qüvvələrinin iğtişaşları yatırmaqda aciz qaldığını görsə, oğlu da daxil olmaqla 20 köməkçisi və ailə üzvləri ilə birlikdə Tehranı tərk edəcək.

Qələbə sorağı uzaqda deyil

Diqqətçəkən məqam ondan ibarətdir ki, ərazilərdə iqtisadi, sosial vəziyyət daha da ağırlaşıb. Ərzaq dükanlarının, bazarların önündə uzun növbələr yaranıb. İddialara görə, rejim şəhərlərin, qəsəbələrin ərzaq və digər zəruri məhsullarla təmin olunmasına əngəllər yaradır. Bu vasitə ilə rejim əhalini cəzalandırmağı düşünür. Ümumiyyətlə fakt ondan ibarətdir ki rejimin səhv, yanlış siyasəti nəticəsində ərazilərin iqtisadi çöküşü dərinləşib. Rəsmi məlumata görə, 2025-ci il üçün inflyasiya 53 %-ə çatıb, ərzaq qiymətləri isə 85-90 %-dən çox, bəzi əsas mallar isə 130%-dən çox artıb. Fars –molla rejimin Mərkəzi Bankının məlumatlarına görə, ərazilərin ümumi xarici borcu 16,47 milyard ABŞ dollarına çatıb. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 31,8 % çoxdur. Bundan əlavə, ərazinin ən böyük banklarından biri olan "Ayandeh Bank" özünü müflis elan edib, onun aktivləri dövlətin mülkiyyətinə keçib. Məlumata görə, 2012-ci ildə təsis edilən "Ayandah Bank"ın ərazilərdə daxilində 260 filialı var idi və orada dörd min nəfər çalışırdı. Lakin son vaxtlar bank borc səbəbindən çətin vəziyyətə düşüb: itkilər təxminən 5,2 milyard ABŞ dollarına, borclar isə təxminən 2,9 milyard ABŞ dollarına çatıb. 2025-ci il də 2024-cü illə müqayisədə ərazinin əmtəə və xidmət ixracatı 16%, idxalı isə 10% azalıb. Bu da ərzaq və enerji daşıyıcılarının qiymətlərinin sürətlə artmasına səbəb olur. Böhranın yaranmasını ABŞ başda olmaqla Avropa və digər ölkələr tərəfindən fars-molla rejiminə tətbiq edilən sanksiyalarla əlaqələndirilir. Lakin bu ağır durumun yaranmasında digəır səbələrdən biri də rejimin talançılığa, reşvətə, korrupsiyaya daha çox yer ayırmasıdır. Hətta sanksiyalardan rejimin rəhbıərliyi öz maraqlarının təmin olunmasında istifadə edir. Rejimin əsas aparıcı şəxslərinin sanksiyalardan qazanc əldə etdiyinə, xüsusi hüquqlar əldə edərək, idxal və ixracı nəzarətdə saxlayaraq neft gəlirlərini xaricə yönəltdiyinə və çirkli pulların yuyulmasından qazanc əldə etdiyinə dair faktlar mövcuddur. Hətta hökumət rəsmiləri belə deyirlər ki, ölkənin hazırkı ağır vəziyyətində sanksiyaların özündən daha çox "sanksiyalardan faydalananlar" günahkardır.

Bütün bunlar onu deməyə əsas verir ki, fars-molla rejiminin nəzarət etdiyi ərazilərində insanlara mübarizələrində israrlıdır. Güzəşt limitinin bitməsi, mübarizədən geri çəkilmək imkanın olmaması çox yaxın vaxtlara etirazların qələbə ilə başa çatacağından xəbər verir. Yəni çox yaxın vaxtlarda Təbrizdə bayrağımız dalğalanacaq, müstəqil dövlətin himni səslənəcək. Təbii ki, xoş xəbərin yayılacağı gün dünyanın hansı nöqətəsində yaşamasından, fəaliyyət göstərməsindən asılı olmayaraq hər bir azərbaycanlı bir-birini təbrik edib, gözaydınlığı verəcək.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə