“Dünyada yaşayan Azərbaycanlılar Prezidentin siyasi kursu ətrafında sıx birləşib” - POLİTOLOQ DANIŞDI
“Bu gün Azərbaycan xalqı öz tarixi zəfərini, suverenliyinin bərpasını və unudulmaz günlərini yaşayır. Son illərdə bu tarix xüsusi və qürurla qeyd olunur. Azərbaycan xalqı dəmir yumruq ətrafında sıx birləşərək dünyaya aydın bir mesaj verir: birlik, güc, ərazi bütövlüyü və suverenlik mesajı”. Bu sözleri SİA-ya açıqlamasında politoloq Sahil Kerimli bildirib.
Onun sözlərinə görə, həm ölkədə yaşayan, həm də dünyada yaşayan hər bir Azərbaycanlının qəlbində Azərbaycan və Qarabağa bağlılıq hissini gücləndirir.
Dünya Azərbaycanlıları son onilliklər ərzində Azərbaycan dövlətinin düşünülmüş və uzaqgörən siyasəti ətrafında birləşib. Bu birlik, Azərbaycan xalqının beynəlxalq aləmdə qüdrətli və özünəməxsus yerini möhkəmləndirir. Dünyada yaşayan Azərbaycanlılar Prezident cənab İlham Əliyevin yürütdüyü siyasi kurs ətrafında sıx birləşərək, diaspora institutunun güclənməsinə və Azərbaycan xalqının gələcək inkişafına töhfə verir.
Bu həm də Azərbaycan həqiqətlərinin, haqq və ədalət prinsiplərinin bütün dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dünyanın hər bir ölkəsində yaşayan Azərbaycanlılar ölkənin mənafeyini müdafiə edir, haqq səsini beynəlxalq ictimaiyyətə çatdırırlar.
Uzun illər torpaqların işğal altında olduğu dövrdə erməni diasporu Azərbaycana qarşı qərəzli kampaniyalar aparır, ölkənin imicini gözdən salmağa çalışırdı. Lakin Azərbaycan öz gücü və strateji siyasəti sayəsində suverenliyini və ərazi bütövlüyünü bərpa edərək beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi. Bu gün Azərbaycan xalqı öz ölkəsi ilə qürur duyur, xüsusilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü bu həmrəylik daha aydın və təsirli şəkildə ifadə olunur.
Azərbaycanın tarixi zəfəri və diaspora birliyi ölkənin siyasi və sosial mövqelərinin güclənməsində, həmçinin beynəlxalq aləmdə Azərbaycanın haqq səsinin çatdırılmasında mühüm rol oynayır. Bu proses həm milli həmrəyliyin, həm də dövlətçilik prinsiplərinin möhkəmlənməsinin açıq nümunəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB