Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb. SİA-nın məlumatına görə, iclasın gündəliyinə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərar layihəsi daxil olmaqla ümumilikdə 12 məsələ var.

İclasa Milli Məclisin spikeri Sahibə Qafarova sədrlik edir.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə