"Amnistiya post-münaqişə dövründə milli barış və hüquqi konsolidasiyanın alətidir" - ŞƏRH EDİLDİ
"Azərbaycan Prezidentinin irəli sürdüyü amnistiya təşəbbüs dövlətin həyata keçirdiyi çoxşaxəli siyasi və humanitar strategiyanın mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu addım təkcə hüquqi mexanizm deyil, həm də müharibədən sonrakı dövrdə cəmiyyətin psixoloji, sosial və siyasi reinteqrasiyasına yönəlmiş kompleks dövlət yanaşmasının ifadəsidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatları nəticəsində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması yeni siyasi reallıq formalaşdırdı: "Bu mərhələdə əsas çağırış yalnız hərbi qələbənin qorunması deyil, eyni zamanda daxili sabitliyin möhkəmləndirilməsi, hüquqi dövlət prinsiplərinin bütün ərazilərdə tətbiqi və cəmiyyət daxilində milli həmrəyliyin dərinləşdirilməsidir. Məhz bu kontekstdə amnistiya aktı post-münaqişə dövrünün “yumşaq güc” alətlərindən biri kimi çıxış edir.
Amnistiya post-münaqişə dövründə milli barış və hüquqi konsolidasiyanın alətidir. Dövlət bu təşəbbüslə bir tərəfdən qələbə sonrası güc və suverenlik mesajı verir, digər tərəfdən humanizm, mərhəmət və sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirir. Xüsusilə müharibədə iştirak etmiş şəxslərin, şəhid ailələrinin üzvlərinin, sosial baxımdan həssas qrupların amnistiya əhatəsinə alınması dövlət-vətəndaş münasibətlərində etimadı daha da gücləndirir. Bu yanaşma eyni zamanda cəza siyasətinin tərbiyəvi funksiyasını ön plana çıxarır. Dövlət göstərir ki, post-münaqişə dövründə əsas prioritet intiqam və sərt repressiya deyil, qanunlara hörmətə əsaslanan yenidən cəmiyyətə inteqrasiya modelidir. Bu isə uzunmüddətli sabitlik, sosial adaptasiya və hüquqi mədəniyyətin yüksəlməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Beynəlxalq kontekstdə isə bu amnistiya təşəbbüsü Azərbaycanın müharibədən sonrakı mərhələdə məsuliyyətli və humanist dövlət modeli formalaşdırdığını nümayiş etdirir. Qələbəni hüquq, Konstitusiya və insan mərkəzli siyasətlə tamamlayan bu strategiya ölkənin beynəlxalq imicinə də müsbət təsir göstərir və post-münaqişə idarəçiliyində Azərbaycan modelini önə çıxarır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB