Sosial müdafiəyə aid kateqoriyalara dövlət rüsumu güzəştləri tətbiq olunacaq. SİA xəbər verir ki, Milli Məclisdə “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Əmiraslanov təqdim edib. O bildirib ki, dəyişiklik sosial baxımdan həssas kateqoriyaya aid şəxslərin müəyyən xidmətlər üzrə dövlət rüsumundan azad olunmasını nəzərdə tutur. Bu əhatəyə aşağıdakılar daxildir:
Müharibə əlilliyi olan şəxslər;
20 Yanvar hadisələri ilə bağlı əlilliyi olan şəxslər;
Xidmət vəzifələrini yerinə yetirərkən əlillik almış şəxslər, o cümlədən 2021–2022-ci illərdə xidmətlə bağlı əlil olmuş şəxslər;
Şəhid ailəsi statusu almış şəxslər.
Qanun layihəsinə əsasən, bu şəxslərin daşınmaz əmlak mülkiyyəti və təşkilatların hüquqi ünvanlarının dövlət qeydiyyatına alınması üzrə xərcləri tam şəkildə aradan qaldırılacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB