Azərbaycanın Tacikistandakı səfirliyində Heydər Əliyev yad edilib

Azərbaycanın Tacikistandakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

SİA xəbər verir ki, səfir Əlimirzamin Əskərov tədbirdə çıxışında Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurulması və gücləndirilməsində müstəsna xidmətlərindən geniş söhbət açıb, onun müdrikliyi, milli maraqlara sarsılmaz sədaqəti və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi naminə gördüyü misilsiz xidmətlərin tarixdə silinməz izlər qoyduğunu və bu gün də ölkənin inkişafına istiqamət verən dəyərli irs kimi yaşadığını bildirib.

Ulu Öndər Heydər Əliyevin müdrik dövlətçilik irsinin bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi qeyd edilib və dövlət başçısının güclü siyasi iradəsi, qətiyyətli liderliyi və müzəffər komandanlığı nəticəsində Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbə barədə söhbət aparılıb.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən sənədli film də nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə