"Son günlər Ramiz Mehdiyevin Vətənə xəyanət ittihamı ilə ifşa olunması, onun xəyanət məzmunlu məktubunun üzə çıxması cəmiyyətin haqlı hiddətinə səbəb olub. Söhbət dövlətin özülünə, onun suverenliyinə və milli müstəqilliyinə qarşı qəsdən yönəldilmiş, bağışlanmaz xarakter daşıyan təhlükəli və xəyanətkar addımlardan gedir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.

Onun sözlərinə görə, kimliyindən, keçmiş və ya hazırki səlahiyyətlərindən asılı olmayaraq, dövlətə xəyanət edən hər kəs qanun qarşısında cavab verməlidir: "Bu, dövlətimizin təməl, hüququn aliliyinin ən fundamental prinsipidir.
Vurğulanması vacib olan məqamlardan biri də odur ki, hətda mövcud vəziyyətdən öz çirkin məqsədləri üçün istifadə edən anti-milli qüvəllər sosial platformalarda söyüş, böhtan dolu ifadələr vasitəsilə ictimai rəyi manipulyasiya etməyə, təxribatlar törətməyə çalışırlar. Bu tip davranışlar nə siyasi mövqe, nə də fikir azadlığıdır, əksinə avanturadır, xəyanəti ört-basdır etmək cəhdidir.
Mövqeyimiz aydındır və dəyişilməzdir. Heç kimin şəxsi ambisiyasıAzərbaycanın dövlət maraqlarından, suverenliyidən və milli təhlükəsizliyindən üstün ola bilməz. Ölkəmizin siyasi, iqtisadi və hərbi dayaqları o qədər möhkəm və güclüdür ki, hər hansı təxribat, troll şəbəkəsi, daxili və xarici sabotaj cəhdləri dövlətçiliyimizin dayaqlarını sarsıda bilməz.
Əminəm ki, ölkəmizin hüquq-mühafizə qurumları Ramiz Mehdiyev və onun şəbəkəsinin əməllərinə obyektiv qiymət verəcək və kimin kim olduğunu, hansı niyyətlə hərəkət etdiyini tam şəkildə üzə çıxaracaq, Azərbaycanın düşməni istər xaricdə, istər daxildə olsun, istər keçmişdə yüksək vəzifə daşısın, istər özünü “müxalifət lideri” adlandırsın, fərq etməz, dövlətə xəyanət olubsa məsuliyyətdən kənarda qalmayacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB