“Bu, sülhə nail olmaq üçün prinsipial yanaşmanın göstəricisidir” - ŞƏRH EDİLDİ

“Azərbaycan və Ermənistan arasında münaqişənin nizamlanması və sülhün formalaşması istiqamətində ABŞ-nin sabiq prezidenti Donald Trampın xidmətləri yüksək qiymətləndirilməlidir. Cənab Prezident İlham Əliyev və Prezidentin köməkçisi Hikmət Hacıyev də məhz Trampın bu istiqamətdəki rolunun vacibliyini vurğulayıblar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, bu, əslində, önəmli bir irəliləyişin göstəricisidir:

”Çünki məhz ABŞ kimi super güc sülhün təminatçısı və zəmanətçisi ola bilər. Zəngəzur dəhlizinin açılması da daxil olmaqla, bölgədə geosiyasi və geoiqtisadi məsələlər tamamilə yeni məna kəsb edə bilər. Bu baxımdan ABŞ-ın regionda fəal iştirakı müstəsna əhəmiyyət daşıyır.

ABŞ-ın mina təmizləmə, investisiya yatırımı, logistika, tranzit, ticarət, süni intellekt, hərbi, siyasi və texnoloji sahələrdə fəaliyyəti çox mühüm nəticələrə gətirib çıxara bilər. Ticari münasibətlərin qurulması həm də sülhün, sabitliyin və təhlükəsizliyin qarantına çevrilə bilər. Nəqliyyat arteriyalarının və kommunikasiya xətlərinin açılması isə sülh prosesinin əsas lokomotivi rolunu oynayacaq.

ABŞ ilə Azərbaycan arasında strateji xartiyanın hazırlanması da xüsusi əhəmiyyət daşıyır. Bu sənəd Bakı ilə Vaşinqton arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldə bilər.

Qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh təşəbbüsünün ABŞ tərəfindən dəstəklənməsi, eləcə də Donald Trampın məktubunda "biz mümkünsüzü də mümkün etməyə çalışacağıq" ifadəsi çox diqqətçəkicidir. Bu, sülhə nail olmaq üçün qətiyyət, iradə və prinsipial yanaşmanın göstəricisidir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə