“Son 6 ildə Azərbaycanda 5 sosial islahat paketi icra olunub. Bu islahatlar əhalinin 40 faizini əhatə edib və illik əlavə maliyyə yükü 4,5 milyard ABŞ dollarına bərabər olub”. SİA xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, islahatlar nəticəsində minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə, sosial müavinət və təqaüdlərin ümumi həcmi isə 5 dəfə artıb.
Onun sözlərinə görə, həyata keçirilən sosial siyasət əhalinin rifahının yüksəldilməsinə və sosial müdafiə sisteminin dayanıqlığının təmin olunmasına xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB