Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatında partiyanın təsis olunmasının 33-cü ildönümünə həsr edilmiş “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” adlı tədbir keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbiri YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı açaraq partiyanın yaradılmasının tarixi zərurətindən, keçdiyi inkişaf yolundan və bu gün ölkəmizin siyasi həyatında oynadığı mühüm rolundan söz açıb. Sonra Yeni Azərbaycan Partiyasının təsis olunmasına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov YAP-ın ölkəmizin siyasi həyatında misilsiz rolunu vurğulayıb. Natiq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsininin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı islahatların icrasında Yeni Azərbaycan Partiyası hər zaman dövlətçilik maraqlarının təmin olunmasında, milli inkişaf strategiyasının uğurla reallaşdırılmasında aparıcı qüvvə kimi çıxış edir.
Daha sonra çıxış edənlər partiya veteranı Bəxtiyar Abbasov, Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov və ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova Yeni Azərbaycan Partiyasının dövlətçiliyimizin möhkəmlənməsində, milli həmrəyliyin gücləndirilməsində və ölkəmizin davamlı inkişafında mühüm rol oynadığını qeyd ediblər.
Tədbirin sonunda partiyanın fəallığı ilə seçilən bir qrup üzvü fəxri fərman və hədiyyələrlə təltif edilib, həmçinin Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan üzvlərə vəsiqələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB