"2026-cı büdcədə kənd təsərrüfatı, diplomatiya və borc idarəçiliyinə böyük vəsait ayrılır" - Nazir

2026-cı ilin büdcə müzakirələri çərçivəsində kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, beynəlxalq fəaliyyət və dövlət borcunun idarə edilməsi ilə bağlı mühüm maliyyə istiqamətləri açıqlanıb. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Milli Məclisdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi tədbirləri üçün növbəti illərdə dövlət büdcəsindən 1,2 milyard manat vəsait ayrılacaq. Əmək sektorunun da iqtisadiyyata töhfəsi yüksək olaraq qalır və bu sahə büdcə gəlirlərinin təxminən 15 faizini təmin edir.

Sahil Babayev qeyd edib ki, kənd təsərrüfatına ayrılacaq vəsaitin 2 faizi (513 milyon manat) ərzaq təhlükəsizliyi tədbirlərinə, o cümlədən subsidiyalara, texnika təminatına və suvarma infrastrukturunun yaxşılaşdırılmasına yönəldiləcək. Kənd təsərrüfatı xərclərinin 40 faizi (490 milyon manat) torpaqların münbitliyinin artırılmasına, 18 faizi (219 milyon manat) heyvandarlıq və digər aqrar layihələrə sərf olunacaq.

Nazir vurğulayıb ki, Azərbaycan ənənəvi olaraq kənd təsərrüfatına investisiyaları artırır və 2026-cı ildə də bu sahəyə dəstək davam etdiriləcək: “Enerji, qaz, su təminatı, kənd təsərrüfatı və digər sahələr üzrə ümumilikdə 7 milyard manat vəsait nəzərdə tutulur”.

Sahil Babayev beynəlxalq öhdəliklərlə bağlı xərcləri də açıqlayıb. Onun sözlərinə görə, ölkəmizin 85 diplomatik nümayəndəliyinin xərcləri 5 faiz artırılaraq 215 milyon manat səviyyəsinə çatdırılıb. Beynəlxalq təşkilatlarda iştirak üçün 62 milyon manat, beynəlxalq tədbirlərin təşkili üçün isə 240 milyon manat ayrılıb.

2026-cı ildə dövlət borcunun xidmətinə 3,5 milyard manat vəsait yönəldiləcək. Bunun 2 milyardı daxili borcun, 6 milyardı xarici borcun, 3 milyardı isə dövlət zəmanətlərinin xidmətinə ayrılacaq. Nazir qeyd edib ki, Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətinə görə dünyanın ən aşağı risk qrupunda qərarlaşan ölkələrdən biridir.

Babayev əlavə edib ki, dövlət borcunun strukturunda xarici borcun payı 32,8 faiz təşkil edir ki, bu da risklərin minimuma endirilməsinə imkan verir. Nazir həmçinin istiqrazların orta ödəmə müddətinin 2,4 dəfə, bəzi istiqrazlarda isə 3,5 dəfə artırıldığını qeyd edərək bunun borcun restrukturizasiyasına və daha sabit ödəniş qrafikinə şərait yaratdığını bildirib.

2026-cı il üçün dövlət büdcəsində yenidən xərclərin 7,9 milyard manat olması proqnozlaşdırılır. Eyni zamanda, regionların borc yükünün azaldılması növbəti ilin büdcə prioritetləri sırasındadır.

Bələdiyyələrin maliyyələşməsi ilə bağlı olaraq, 2026-cı ildə bələdiyyə büdcələri üçün 13,5 milyon manat vəsait ayrılması planlaşdırılıb. Bunun 7,5 milyon manatı qrantlara, 1,6 milyon manatı su və enerji xərclərinə, 4,14 milyon manatı isə subsidiyalara yönəldiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə