NATO-nun mənzil-qərargahında növbəti “NATO Xeyriyyə Bazarı” keçirilib. Ənənəvi olaraq, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi tədbirdə fəal iştirak edib. Xəbər verilir ki, 38 ölkənin iştirak etdiyi “Xeyriyyə Bazarı”nda “SAVALAN – ASPI Winery” şirkətinin sponsorluğu ilə Azərbaycanın milli məhsullarından ibarət stendi və milli mətbəxi nümayiş etdirilib.
Tədbiri NATO-nun Beynəlxalq Qərargahının və Beynəlxalq Hərbi Qərargahının yüksəkvəzifəli şəxsləri, müttəfiq və tərəfdaş dövlətlərinin Alyans yanında səfirləri və hərbi nümayəndələri, o cümlədən digər qonaqlar ziyarət edib.
Azərbaycanın milli məhsullarından ibarət stendi və zəngin mətbəxi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB