Azərbaycan Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tamhüquqlu iştirakçı kimi qoşulub
Azərbaycan Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə görüşləri formatına tamhüquqlu iştirakçı kimi qoşulub. SİA-nın məlumatına görə, bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən bildirib.
O qeyd edib ki, "Mərkəzi Asiya+Azərbaycan" formatı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında möhkəm körpü quracaq, vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacaq.
Onun sözlərinə görə, bu, inkişafa güclü təkan verəcək və iqtisadi-ticarət, investisiya və mədəni-humanitar əməkdaşlıq üçün yeni üfüqlər açacaq, həmçinin davamlı inkişaf məsələləri üzrə birləşdirilmiş qərarların hazırlanmasına kömək edəcək:
"Bütün bunlar şübhəsiz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlığını gücləndirəcək. Bu mühüm qərarın qəbul edilməsi ilə bütün hörmətli həmkarlarıma səmimi təşəkkürümü bildirmək və İlham Əliyevi məsləhətləşmə görüşləri formatına tam hüquqlu iştirakçı kimi qoşulması münasibətilə təbrik etmək istəyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB