Ramiz Mehdiyevin dəstə daxilində gərginlik yeni mərhələyə keçir
Dağıdıcı müxalifət liderləri getdikcə daha ağır fəlakətli vəziyyətlə üzləşməkdədir. Çünki bu üzdəniraq məxluqlar yanlış və xarici maraqlı dairələrin istək və arzularına uyğun siyasət aparırlar. Bununla da AXCP, Müsavat, “Milli Şura” kimi özəl maraqların daşıyıcısı rolunda çıxış edən dağıdıcı qüvvələr Azərbaycan siyasi arenasında arzuolunmaz təşkilatlara çevrilirlər. Ağır böhranlı vəziyyətdən çıxmaq üçün dağıdıcı müxaliflər nifrət edilən düşmən qüvvələrlə əməkdaşlıq etməkdən çəkinmirlər. Yada salmaq lazımdır ki, 2018-ci il, daha sonra isə 2021-ci il də AXCP sədri Əli Kərimlinin Rusiyada fəaliyyət göstərən “Taşir” şirkətlər qrupunun rəhbəri Karapetyan Samvel Sarkisoviç və “Royalsys Engineering” şirkətinin sahibi David Qalustyanla əlaqələrinin olmasına dair istər Rusiya, istərsə də Azərbaycan mətbuatında xəbərlər dərc olunmuşdur. Xəbərə görə, sözügedən erməni milyarderlər Rusiyada yaşayan və bazarlarda çalışan Azərbaycandan olan AXCP üzvlərinə maliyyə yardımları göstərib. Həmin maliyyə vəsaitləri sonradan müxtəlif vasitələrlə Əli Kərimliyə çatdırılıb. Bu iyrənclik doğuran faktın üstü AXCP fəalı Rüstəmov Saleh Məhərrəm oğlunun həbs olunmasından sonra üzə çıxdı. Araşdırmalar əsasında məlum oldu ki, Saleh Rüstəmov Əli Kərimlinin təlimatı əsasında Moskvada şirkətində çalışan Jenya Adolfovanın adına “Sberbank”da hesab açıb və həmin hesaba hər ay 30.000 ABŞ dolları məbləğində pul köçürüb. Pullar dostu və ortağı Vüqar Məmmədov vasitəsi ilə Bakıda yaşayan Cabir Hüseynliyə, bəzi hallarda isə qardaşı oğlu Vidadi Rüstəmliyə çatdırılıb. Bakı ilə əlaqələr “WhatsApp” prqramı vasitəsi ilə saxlanılıb. Həmin qrupda 34 nəfər yer alırdı ki, onlar qaranlıq məsələləri bir-biri ilə müzakirə edir və ortaq məxrəcə gəlirdilər. Adətən, Moskvadan göndərilən pullar AXCP Rəyasət Heyətinin üzvü Məhərrəmov Aqil Əli oğlu, Nərimanov rayon şöbəsinin sədri Həsənov Babək Qəzənfər oğlu və partiyanın Gənclər Komitəsinin Ali Məclisinin sədri Nəsirov Ruslan Şamil oğlu vasitəsilə Əli Kərimlinin evində ona çatdırılıb. Pulu aldıqdan sonra Əli Kərimli Saleh Rüstəmliyə “WhatsApp” proqramı vasitəsilə təşəkkürünü çatdırıb. Ə.Kərimli aldığı pullardan bir qismini Fransada özünə qondarma internet TV yaradan Qənimət Zahidə də ötürüb. Bu da ondan irəli gəlir ki, Q.Zahid Moskvada S.Rüstəmli və digərləri ilə görüşüb, söhbətlər apardıqdan sonra Ə.Kərimli üçün dilənçi payına oxşar vəsaitin yığılması razılaşması əldə olunmuşdur. Bu baxımdan Ə.Kərimli Q.Zahidin zəhmətini yüksək qiymətləndirirək, hər ay ona çatacaq faizi çatdırıb. Beləliklə araşdırmalarla təsdiq olunur ki, Saleh Rüstəmli həbs olunana qədər Ə.Kərimliyə Rusiyadan 6 il ərzində 546 min 345 ABŞ dolları pul çatdırılıb.
Niyə məhz Rusiya?
Suallar yaranır, niyə məhz Rusiyadan Əli Kərimliyə pul vəsaitləri göndərilib? Adətən Müsavat, AXCP funksionerləri sözdə Rusiyanı tənqid edir, rəsmi Moskvaya qarşı sərt ittihamlarla çxış edirlər? Bu yerdə xoruzun quyruğu görünür. Məlum olur ki, Ə.Kərimli, İ.Qəmbər və digərləri əslində cəmiyyəti aldatmağa çalışrlar. Özlərini üzdə Rusiyaya qarşı sərt mövqedən çıxış edən şəxslər kimi göstərir, əməldə Moskvadakı qaranlıq dairələrlə geniş əməkdaşlıq əlaqələri qururlar. Nəzərə almaq lazımdır ki, 2013- cü il prezident seçkiləri ərəfəsi Rusiyada “milyarderlər ittifaqı” deyilən qondarma qurum yaradılmışdı. Həmin qurumun yaradıcılarından olan Baş nazirin keçmiş müavini Abbas Abbasov və iş adamı Söyün Sadıqov Milli Şura təmsilçiləri ilə əlaqələr quraraq seçkilərdə iştirak edəcək namizədlərinin kino-rejisor Rüstəm İbrahimbəyov olmasını təklif etmişdilər. Əli Kərimli, İsa Qəmbər və Milli Şuranın digər təmsilçiləri təklifi qəbul etmişdilər. Beləliklə, Kremlə yaxınlığı ilə seçilən Rüstəm İbrahimbəyov Milli Şuranın sədri və müxalifətin seçkilərdə prezidentliyə namizədi olmuşdur. Yenidən sual yaranır, bəyəm Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli və digərləri bilmirdilər ki, Rüstəm İbrahimbəyov Rusiya kəşfiyyatının rəsmi əməkdaşıdır. Bu qədərmi İsa Qəmbər, Əli Kərimli və digərləri sadəlövh idilər ki, Rüstəm İbrahimbəyovun namizədliyinin Kreml tərəfindən irəli sürüldüyünü anlamırdılar? Heç sübhisiz ki, AXCP və Müsavat liderləri Rüstəm İbarimovun kim və hara bağlı olduğunu yaxşı bilirdilər. Sadəcə, illər öncə Rusiyanın qaranlıq dairələri qarşısında üzərilərinə öhdəliklər götürdüklərindən Rüstəm İbrahimbəyovun namizədliyini dəstəklədilər.
Şübhəsiz ki, Əli Kərimli Rusiyadakı pozucu qüvvələrlə əlaqələr qurarkən Bakıdakı himayədarına, xüsusilə prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə və ya onun şəbəkəsinə daxil olan vəzifəli şəxslərlə məsləhətləşmələr aparıb. Buna əsas verən amillərdən biri Əli Kərimlinin 2000-ci ildən başlayaraq Ramiz Mehdiyevlə sıx əlaqələr qurmasıdır. Bu barədə mətbuatda kifayət qədər səs yazıları da yayılıb. İddialardan biri də ondan ibarətdir ki, 2003-cü il 15-16 oktyabr iğtişaşlarının təşkilatçıları sırasında Ramiz Mehdiyev olub. Yəni Müsavat, AXCP və digər dağıdıcı ünsürlərə iğtişaşların törədilməsi sifarişini Ramiz Mehdiyev verib. O zaman müxalifətin əsas dayaq nöqtəsi Müsavat başqanı İsa Qəmbər hesab olunurdu. Müsavat başqanı İsa Qəmbər az qala müxalifətin “xaç atasına” çevrilmişdir. Ancaq rüsvayçı seçki məğlubiyyəti İ.Qəmbəri müxalifətin “bomj”u səviyyəsinə enməsinə gətirib çıxardı. Rüsvayçı məğlubiyyətlərini ört-basdır etmək üçün dağıdıcı ünsürlər sifarişlərə uyğun olaraq 16 oktyabr iğtişaşlarını törətdilər. Bakı şəhərində nəqliyyatın hərəkətini iflic vəziyyətə saldılar, dükanların, avtobusların şüşələrini sındırdılar, insanlara xəsarətlər yetirdilər. Bununla da iğtişaşçılar şəhərdə ictimai siyasi sabitliyi pozmağa çalışdılar. Ancaq nəyəsə nail ola bilmədilər. Qısa müddətdə müxalif məxluqlar həbs edilərək, məhkəmənin qərarı ilə layiq olduqları cəzanı aldılar.
Əli Kərimli və İsa Qəmbərin həbsi üçün hüquqi baza mövcuddur
Görünən ondan ibarətdir ki, 2003-cü il hadisələrindən 22 ilə qədər vaxt keçməsinə baxmayaraq Müsavat, AXCP kimi pozucu partiyalar siyasi hədəflərini dəyişməyiblər. Yenə də qarşıdurma yaratmağa, iğtişaşlar törətməyə məqam axtarırlar. Xüsusilə də, 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən ciddi narahatlıq keçirən Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı və digərləri hər vəchlə xalqın qələbə əhvali-ruhiyyəsinə kölgə salmağa çalışırlar. Bunun üçün hər cür iyrənc vasitə və üsullardan istifadə etməkdən çəkinmirlər. Təbii ki, belə dağıdıcı yol tutan siyasi partiya cəmiyyət üçün təhlükə mənbəyidir. Onlar hər an müəyyən xarici qüvvələrdən dəstək almaqla ölkəmizin dünya miqyasında imicinə ləkə ola biləcək iğtişaşlar, qarşıdurmalar yarada, siyasi sabitliyi pozmağa cəhd edə bilərlər. Ona görə də, AXCP və Müsavat kimi partiyaların fəaliyyətinə son qoyulmalı, İsa Qəmbər, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri dərhal həbs olunmalıdır. Bun üçün hüquqi baza mövcuddur. Qanun imkan verir ki, dağıdıcı yol tutan siyasi partiya ləğv olunsun. Nəzərə almaq lazımdır ki, bir sıra ölkələrdə dövlət maraqlarına, eləcə də “siyasi partiyalar haqqında qanun”azidd fəaliyyət yolu tutan partiyaların dövlət qeydiyyatları ləğv olunur. Buna misal kimi qardaş ölkə olan Türkiyədə son üç il ərzində dörd partiyanın fəaliyyətinin ləğv edilməsini, aparıcı müxalifət partiyası hesab edilən CHP-nin sədr müavini, İstanbul Böyük şəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun həbs edilməsini göstərmək olar. Eyni zamanda qısa müddət ərzində Ukraynada 11, Rusiyada 3 siyasi partiyanın fəaliyyətinə son qoyulub. Gürcüstanda keçmiş prezident M.Saakaşvili həbs olundu, 4 partiyanın isə dövlət qeydiyyatı ləğv edildi. Bu kimi faktlardan çıxış edərək qeyd etmək olar ki, Azərbaycan dövləti dağıdıcı yol tutan Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, İsa Qəmbər və digərləri dərhal həbs edilməli, rəhbərlik etdikləri partiyaların fəaliyyətlərinə xitam verilməlidir. Bu baş versə, nəhayət haqqın, ədalətin qələbə çalması, hüququn aliliyin təmin edilməsi olardı.
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB