Azərbaycanın Slovakiyadakı səfirliyi tərəfindən Bratislava şəhərində həmin ölkədə yaşayan həmvətənlərimiz, eləcə də qardaş Türkiyə və Qazaxıstan diplomatlarının iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirin əvvəlində Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 illik tarixi ədalətsizliyə son qoyaraq, xalqımıza tariximizin qızıl səhifəsi olan şanlı Zəfəri bəxş edib.
Səfir bildirib ki, milli ruh və iradənin rəmzinə çevrilmiş “Dəmir yumruq” Vətən müharibəsi dövründə Azərbaycan xalqının əzmkarlığını və birliyini təcəssüm etdirib. O, həmçinin Vətən müharibəsinin ilk günlərindən qardaş Türkiyənin xalqımızın haqq işinə göstərdiyi siyasi və mənəvi dəstəyini vurğulayıb.
Diplomat çıxışında işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını, “Böyük Qayıdış” proqramı çərçivəsində mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. O, 2024-cü ilin avqustunda Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin Cənubi Qafqaz regionunun inkişafı və rifahı baxımından tarixi əhəmiyyət daşıdığını qeyd edib.
Səfir vurğulayıb ki, şanlı Zəfərimiz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik, uzaqgörən siyasətin məntiqi nəticəsidir. O əlavə edib ki, Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biri olan Konstitusiyamızın qəbulunun 30 illik yubileyinin Böyük Qələbənin 5 illiyinə təsadüf etməsi “Konstitusiya və Suverenlik ili” kimi qeyd olunan 2025-ci ili daha da əlamətdar edir.
Qardaş Türkiyə Respublikasının Slovakiya Respublikasındakı səfiri, Vətən müharibəsi zamanı ölkəmizdə səfir olmuş Erkan Özoral çıxışında bildirib ki, Ermənistanın əraziləri işğal etməsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının 30 il ərzində qanayan yarası olub. O, qardaş Türkiyənin Azərbaycanın haqq işinə daim dəstək verdiyini vurğulayaraq, şanlı Zəfər münasibətilə səmimi təbriklərini ifadə edib. Diplomat qeyd edib ki, “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən Azərbaycan-Türkiyə qardaşlığı Cənubi Qafqazın sülh və sabitlik regionuna çevrilməsinə mühüm töhfə verməkdə davam edir.
Çıxışlardan sonra şanlı Zəfərimizə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirin bədii hissəsində musiqiçi Ruhulla Əzizin (kamança) ifasında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin məşhur əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Eyni zamanda, qardaş Türkiyə və Qazaxıstan xalqlarının musiqi nümunələri də səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB