İlham Əliyev TDT-nın Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edib - YENİLƏNİB
Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilir. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
-Hörmətli dövlət və hökumət başçıları.
Əziz dostlar.
Azərbaycanın qədim şəhəri olan Qəbələyə xoş gəlmisiniz. Qəbələ geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı idi.
İlk növbədə, Türk Dövlətləri Təşkilatına (TDT) uğurla sədrlik etmiş Qırğız Respublikasına təşəkkürümü bildirirəm.
Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.
Ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür.
Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.
Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz mühüm qərarlarla yadda qalmışdır.
Hörmətli həmkarlar, bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir.
Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.
Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir.
Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm.
Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir.
2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.
İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı.
Beləliklə, atdığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi.
Biz Ermənistan işğalını heç vaxt unutmayacağıq. Şəhidlərimizin əziz xatirəsini həmişə qəlbimizdə saxlayacağıq. Onların qanını biz döyüş meydanında aldıq. İşğalçını əzəli torpaqlarımızdan qovduq, Zəfər çaldıq və eyni zamanda, ədalətli sülhə nail olduq.
Əziz dostlar, nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır.
2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.
Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.
Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Ölkəmiz bu məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol oynayır. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib.
Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir.
Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək.
Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik.
TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək.
Ümumilikdə, atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir.
Qeyd etdiyim kimi, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamaq istərdim.
Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm.
Əminəm ki, Zirvə Görüşümüz qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcəkdir.
Çıxışımın sonunda Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.
Sağ olun.
X X X
Zirvə Görüşü digər dövlət və hökumət başçılarının çıxışları ilə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Elgizin yeni iş yeri bilindi - restoranda aparıcılıq edəcək
Şou-Biznes 02:04DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
İdman 01:07Tovuzda yol qəzası olub - xəsarət alanlar var
Hadisə 21 İyun 23:30"Real" bu iki futbolçusunu satışa çıxardı
İdman 21 İyun 23:20Ermənistanda seçki gərginliyi BİTMİR - işə Konstitusiya Məhkəməsi baxacaq
Dünya 21 İyun 23:05İdmançılarımızdan Dünya Kubokunda BÖYÜK QƏLƏBƏ
İdman 21 İyun 22:29Şirvanda bu ərazilərdə yanğın olub - FHN məlumat yaydı
Sosial 21 İyun 22:18İspaniya millisindən 4 qollu DARMADAĞIN! -(YENİLƏNİB)
İdman 21 İyun 22:10Üç İsrail vətəndaşı ABŞ-dakı təyyarə qəzasında ölüb
Dünya 21 İyun 22:04Tayra Benks, Project Runway-in yeni mövsümündə Gasanova rolunda…
Dəb 21 İyun 21:56Marqarin və kərə yağı arasında fərq nədir?
Sosial 21 İyun 21:44Qanınız sürətlə artır, yoxsa şəkər səviyyəniz sürətlə yüksəlir?
Səhiyyə 21 İyun 21:35Fransa hava şəraiti səbəbindən quru mövsüm elan edib…
Sosial 21 İyun 21:23“Qanuni sarışın” filminin ulduzları yenidən bir araya gəldilər...
Mədəniyyət 21 İyun 21:14Təqaüdçülər üçün ideal avtomobilin adı açıqlandı…
Texnologiya 21 İyun 21:05Norveç vətəndaşlıq siyasətini yenidən nəzərdən keçirir
Dünya 21 İyun 20:53Yaş öz təsirini göstərir...
Səhiyyə 21 İyun 20:44Hansı daha faydalıdır: kartof, yoxsa düyü?
Maraqlı 21 İyun 20:35Saçların qalın və güclü olmasına kömək edə biləcək on məhsul...
Sosial 21 İyun 20:23Şəhid ailəsi minnətdarlıq edir
Sosial 21 İyun 20:16Mitsubishi unikal şəhər elektrik avtomobilini təqdim etdi…
Texnologiya 21 İyun 20:14“Lukaşenko bu müharibəyə qarşı olduğunu sübut etməlidir”
Dünya 21 İyun 20:05Depressiyanı dərmansız aradan qaldırmağın yolu tapılıb...
Sosial 21 İyun 19:54Lego superkarı sürət rekordu qırdı…
Texnologiya 21 İyun 19:43Halal turizm: Malayziya liderlik edir, Rusiya 46-cı yerdədir…
Turizm 21 İyun 19:35Xərçəng yoluxucu deyil, amma...
Səhiyyə 21 İyun 19:24Paris fələstinlilərə fəxri vətəndaşlıq verdi...
Dünya 21 İyun 19:14ABŞ-da inək peyinindən reaktiv yanacaq hazırlamağı öyrəniblər...
Dünya 21 İyun 19:05Yadplanetlilər artıq Günəş sistemində ola bilərmi?
Texnologiya 21 İyun 18:54Almaniyanın Türkiyədən tələbi...
Dünya 21 İyun 18:43Zelenski Lukaşenkonu çox narahat edəcək məlumatları açıqladı...
Dünya 21 İyun 18:34Analitik: Ukrayna Lukaşenko üçün oyun qaydalarını dəyişdirir...
Dünya 21 İyun 18:25“Moskva yanır? Nə isə...”
Dünya 21 İyun 18:13Rusiya ilə Krım arasındakı bərə keçidinə zərbə endirilib...
Dünya 21 İyun 18:04DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
İdman 21 İyun 16:22"Qarabağ" Bədavi Hüseynovla müqavilə müddətini uzadıb
İdman 21 İyun 16:21Çimərliklərdə güclü külək olacaq
Hadisə 21 İyun 14:27Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib
Siyasət 21 İyun 14:26Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
Sosial 21 İyun 14:03Orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirilib
Təhsil 21 İyun 13:48FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Hadisə 21 İyun 13:40Azərbaycan dili fənni üzrə test imtahanı təşkil edilib
Təhsil 21 İyun 13:30Azərbaycan boksçusu Dünya Kubokunda qızıl medal qazanıb
İdman 21 İyun 13:00Bakıda külək güclənəcək, bölgələrdə şimşək çaxacaq və dolu düşəcək
Hadisə 21 İyun 12:36Niger Məsləhət Şurasının sədri Azərbaycana işgüzar səfərə gəlib
Siyasət 21 İyun 12:35Azərbaycana yay fəsli daxil olub
Sosial 21 İyun 12:33Beşinci “YAŞAT” düşərgəsinin birinci həftəsi yekunlaşıb
Sosial 21 İyun 12:32Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
İqtisadiyyat 21 İyun 11:51Cəlilabad boksçusu "Olimpiya Ümidləri" beynəlxalq turnirinin qalibi olub
İdman 21 İyun 11:50Azərbaycan millisi Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək
İdman 21 İyun 11:49Regionlarda intensiv yağış yağıb
Hadisə 21 İyun 11:48ABŞ administrasiyası Netanyahuyla vidalaşmağa hazırlaşır
Dünya 21 İyun 10:22Gəncədə evdən meyit tapılıb
Hadisə 21 İyun 09:28DÇ-2026: Tunis - Yaponiya oyununda ikinci hissə başlayıb
İdman 21 İyun 09:13Britaniya Baş nazirsiz qalacaq - sabah istefa günüdür
Siyasət 21 İyun 04:06"Zelenski "qırmızı xətti" keçib" - Polşadan Ukraynaya ŞOK!
Dünya 21 İyun 03:0623 yaşlı qızın meyiti hamamdan tapıldı...
Hadisə 21 İyun 02:19Almaniya millisindən əzmkar QƏLƏBƏ! (YENİLƏNİB)
İdman 21 İyun 02:05Ağstafaya dolu düşüb
Sosial 21 İyun 02:03"Bu şəxslərin hüquqları kobud şəkildə pozulub" - XİN-dən PAYLAŞIM
Siyasət 21 İyun 01:21Türkiyədə dəhşətli QƏZA - mikroavtobus aşıb, 4 nəfər ölüb
Dünya 21 İyun 01:03"Qarabağ"-ın Avstriyadakı yoxlama oyunu ləğv edildi
İdman 21 İyun 00:20İngiltərədə qatar qəzasında 100 nəfər yaralandı...
Dünya 21 İyun 00:04Sumqayıtda yaşayış binasında partlayış olub - TƏCİLİ
Hadisə 20 İyun 23:29Niderland millisi İsveç yığmasını darmadağın etdi! - (YENİLƏNİB)
İdman 20 İyun 23:15ABŞ-da silahlı basqın - 13 nəfər yaralanıb
Dünya 20 İyun 23:05"Türk xalqından üzr istəyirəm" - Merih Demiraldan AÇIQLAMA
İdman 20 İyun 22:30İranda 17 ABŞ casusu saxlanılıb...
Dünya 20 İyun 22:18Rusiya Zaporojyeni bombaladı - 4 ölü var
Dünya 20 İyun 22:05Arxeoloqlar Stounhencin prototipini kəşf ediblər...
Maraqlı 20 İyun 21:56Yunanıstanda yeni bir kəşf Sparta mifini alt-üst etdi…
Maraqlı 20 İyun 21:45Astrofiziklər Yer kürəsinin necə məhv olacağını aydınlaşdırıblar...
Texnologiya 20 İyun 21:37ABŞ-da “kosmik şərab” istehsal olunacaq...
Dünya 20 İyun 21:26Cim Kerri yenidən Qrinç rolunu oynamağı düşünür...
Mədəniyyət 20 İyun 21:14Müsəlman modası əlil qadınların ehtiyaclarına uyğunlaşır...
Dəb 20 İyun 21:05Sentyabrın 1-dən Rusiya məktəblərində ərəb dili tədris olunacaq...
Təhsil 20 İyun 20:53Xoşbəxt münasibətlərin sadə bir sirri aşkar edilib...
Sosial 20 İyun 20:44Yadplanetli sivilizasiyaların izləri Ayda axtarılmalıdır..?
Texnologiya 20 İyun 20:35Beyində gizli bir qabiliyyət kəşf edilib...
Səhiyyə 20 İyun 20:24Panika bitdi: psixoloq apokalipsis qorxusuna çarə təklif edir...
Maraqlı 20 İyun 20:15Həkim demensiyanın qarşısının alınmasında səhvi müəyyən edir...
Səhiyyə 20 İyun 20:04Aİ yeni hava səyahəti qaydalarını tətbiq edir...
Dünya 20 İyun 19:55ABŞ senatorları: Rusiya aktivləri Ukrayna üçün silahlara xərclənsin!
Dünya 20 İyun 19:43Belarus benzini moskvalıların puluna dəyir…
İqtisadiyyat 20 İyun 19:35“Alyaska sazişi”: Tramp Ukraynanın xəritəsini necə yenidən çəkdi...
Dünya 20 İyun 19:23Taqanroqdakı zavod dron istehsalını dayandırıb, niyə?..
Dünya 20 İyun 19:14Panik atakın qarşısını tez bir zamanda almağın üç yolu açıqlanıb...
Səhiyyə 20 İyun 19:05“Səni öldürəcəklər, 100 faiz əminəm ki, səni öldürəcəklər”
Dünya 20 İyun 18:54Marina Əhmədova miqrant işçiləri maarifləndirməyə çağırıb...
Dünya 20 İyun 18:43“Qazprom”un səhmləri rekord səviyyədə aşağı düşüb...
İqtisadiyyat 20 İyun 18:35Prezident Administrasiyasında Ana Vətən Partiyasının sədri ilə görüş keçirilib
Siyasət 20 İyun 18:32“Siz küləkdən qorxursunuz, amma biz bu küləyi yaradan Allahdan...”
Dünya 20 İyun 18:24“Ukrayna blef etmir - Lukaşenkonu tez bir zamanda məhv edə bilər”
Dünya 20 İyun 18:13Özəl xəbərlər
Digər xəbərlərABŞ administrasiyası Netanyahuyla vidalaşmağa hazırlaşır
Dünya 21 İyun 10:22"Media cəmiyyətin inkişafında mühüm institutdur" - DEPUTAT DANIŞDI
Siyasət 19 İyun 17:24“Onlar dövlətçiliyini quran, qüdrətli bir ölkəyə çevrilən Azərbaycanı gördülər” - ŞƏRH
Siyasət 19 İyun 16:48
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9428
0,00%
-
GBP
2,2388
0,00%
-
RUB
2,3188
0,00%



