Azərbaycanda sosial rifah göstəriciləri son illərdə əhəmiyyətli dərəcədə artıb - Ziyafət Əsgərov

Ölkəmizdə orta aylıq əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfə, orta aylıq pensiya 2,6 dəfə artıb, müavinət və təqaüdlərə ayrılan illik büdcə vəsaiti isə 5 dəfədən çox yüksəlib. SİA xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında bildirib.

Ziyafət Əsgərov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. O vurğulayıb ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, təkbaşına öz torpaqlarını Ermənistanın 30 illik işğalından azad edib.

Bütün xəbərlər Facebook səhifəmizdə