XİN: 107 il əvvəl Bakının azad edilməsi Azərbaycan dövlətçiliyi uğrunda mübarizədə dönüş nöqtəsi idi

107 il əvvəl Bakının azad edilməsi Azərbaycan dövlətçiliyi uğrunda mübarizədə dönüş nöqtəsi idi. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında paylaşım edib.

“1918-ci ilin bu günü Azərbaycan Korpusununun da daxil olduğu Qafqaz İslam Ordusu Bakıya daxil oldu və erməni-daşnak işğalına son qoydu. Paytaxtın azad edilməsi Azərbaycan dövlətçiliyi uğrunda mübarizədə dönüş nöqtəsi idi və xalqımızın, eləcə də müttəfiqlərimizin birliyi, cəsarəti, və fədakarlığını nümayiş etdirdi. 107 ildən sonra, millətimizin müstəqilliyi və azadlığı üçün həyatlarını qurban verənlərin xatirəsini dərin minnətdarlıqda yad edirik”, - qeyd olunub

Bütün xəbərlər Facebook səhifəmizdə