Oktyabrın 11-17-də Bakda Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Associationof Judges) 67-ci Baş Assambleyasının toplantısı keçiriləcək. Məhkəmə-Hüquq Şurasından SİA-ya verilən məlumata görə, 1953-cü ildə təsis olunmuş və əsas fəaliyyəti dünyada məhkəmə hakimiyyətlərinin müstəqilliyinin qorunub saxlanması olan və öz ətrafında dünyanın 93 ölkəsinin hakimlər birliklərini birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyası illik toplantılarını yalnız qanunun aliliyinin, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunduğu ölkələrdə keçirir.
Ölkəmizə, eləcə də son illər həyata keçirilmiş məhkəmə-hüquq islahatlarına olan maraq səbəbindən cari ilin oktyabr ayında Bakıda keçiriləcək bu mötəbər tədbirə 71 ölkədən 300-ə yaxın nümayəndənin, o cümlədən hakimlərin, beynəlxalq təşkilatlardan olan nümayəndələrin və tanınmış ekspertlərin qatılacağı gözlənilir.
Baş Assambleya çərçivəsində qurumun idarəetmə orqanlarına seçkilərin keçirilməsi, müxtəlif dövlətlərin məhkəmə-hüquq sistemindəki vəziyyət, mövcud problemlər və müsbət təcrübələrə dair müzakirələrin aparılması, həmçinin ev sahibi olaraq Azərbaycanın məhkəmə-hüquq sistemi ilə tanışlığın keçirilməsi nəzərdə tutulub.
Tədbir çərçivəsində, həmçinin “Məhkəmə hakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlər” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Konfransda qanunun aliliyinin təmin olunmasında məhkəmələrin rolu geniş şəkildə təhlil olunacaq. Tədbirlə bağlı bütün məlumatlar 4 dildə hazırlanmış www.iaj2025.com səhifəsində yerləşdirilmişdir.
Eyni zamanda Beynəlxalq Hakimlər Assosiasiyasının növbəti prezidenti də məhz Bakıda keçiriləcək seçki yolu ilə müəyyən olunacaq. Bu, tədbirin beynəlxalq əhəmiyyətini daha da artırır və Azərbaycanda keçirilən Assambleyanı təşkilatın tarixində mühüm mərhələyə çevirir.
Xatırladaq ki, Baş Assambleyanın 2025-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar təşkilat üzvlərinin gizli səsverməsi yolu ilə ötən il Cənubi Afrika Respublikasının Keyptaun şəhərində qərara alınıb.
Xəbər lenti
Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



