Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə və NATO-nun Tbilisidəki Əlaqələr Bürosunun rəhbəri Aleksandr Vinnikov arasında görüş keçirilib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında nümayəndəliyinin “X” səhifəsində məlumat verilib.
Tərəflər Azərbaycan-NATO əməkdaşlığının perspektivlərini müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə