Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanda baş verən zəlzələdə həyatını itirənlərə görə başsağlığı verib. SİA xəbər verir ki, bu barədə Nazirlik "X"də paylaşım edib.
"Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik.
Bu çətin zamanda Əfqanıstan xalqının yanındayıq", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, bu gün Əfqanıstanın Nanqarhar vilayətinin mərkəzi rayonu Cəlalabad yaxınlığında 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 622 nəfər həlak olub, 1 500-dən çox insan yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə